Dövlət İqtisad Universitetində yeni qərarlar qəbul olunub
Çıxışlardan öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov elm üzrə prorektor vəzifəsinə yeni təyin olunmuş dosent Fariz Əhmədovu Elmi Şura üzvlərinə təqdim edib.
Sonra İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin payız semestrinin ara qiymətləndirmə imtahanlarının yekunları və qış imtahan sessiyasına hazırlıq barədə hesabatla çıxış edib.
Bildirilib ki, aralıq imtahanların 456-sı yazılı və 302-si test imtahanı olmaqla keçirilib. İmtahanlarda qaydaların pozuntusu hallarının təqribən üç dəfə azaldığı müsbət hal kimi qiymətləndirilib.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə hibrid formada təşkil ediləcək fənlərin siyahısının artırıldığını, siyahıya yeni 32 fənnin əlavə olunduğunu deyib. Ümumilikdə isə 74 fənn üzrə dərslərin hibrid formada aparılacağını diqqətə çatdırıb.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Şuranın qərarı ilə xarici dil üzrə IELTS sertifikatı 7 baldan yüksək olan tələbələr "Xarici dil" fənni üzrə 1, 2, 3-lə yanaşı, "Xarici dil – 4" fənnindən də azad ediləcəklər.
İclasda 1 və ya 2 qaib limitini keçmiş əyani və qiyabi təhsil alan tələbələrin imtahana buraxılacağı barədə də qərar qəbul olunub. Qərar Zaqatala filialının, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərin tələbələrinə də şamil olunacaq.
Şuranın sonunda "İqtisadi və texnoloji elmlər" kafedrasında boş olan professor vəzifələrinin tutulması ilə bağlı seçkilər keçirilib.
/ marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
"iPhone 15" modelinin üstünlükləri
Ən bahalı otellər hansılardır?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?