Dövlət İqtisad Universitetinin dünya universitetləri reytinqində yeri açıqlanıb

Dövlət İqtisad Universitetinin dünya universitetləri reytinqində yeri açıqlanıbQS Dünya Univetsitetləri Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini açıqlayıb.
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) ilk dəfə olaraq, İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univesitetlər qrupuna yüksəlib. Bu barədə Marja-ya UNEC-dən bildirilib.
Qeyd edilib ki. bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalənin, 2016-2021-ci illərdə 117,8 milyon istinadın QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənin də səsi nəzərə alınıb.
Reytinq qiymətləndirməsi akademik reputasiya, işəgötürənlər reputasiyası, elmi nəşrlərə istinadlar, H indeksi və beynəlxalq tədqiqat şəbəkələşməsi (International Research Network) olmaqla, 5 müxtəlif kateqoriya üzrə aparılan analizlərin nəticəsində hesablanır. UNEC-in ilk dəfə yer tutduğu İqtisadiyyat və Ekonometrika sahəsi də sözügedən beş istiqamət üzrə ayrı-ayrılıqda hesablanan nəticələr əsasında müəyyənləşib.
Ümumilikdə 2023-cü ildə QS Dünya Universitetlər Reytinqi 1594 ali təhsil müəssisəsi üzrə 54 fərdi fənn istiqaməti əsasında dünyanın ən yaxşı universitetlərini sıralayıb. Bu il reytinq sıralarında ən çox ABŞ, İngiltərə, Çin, Fransa və Hindistanda yerləşən ali təhsil müəssisələri yer tutub. / marja.az

Maraqlı     Tarix: 23 mart 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi bu gunun xeberleri kripto