Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi - QAYDASI

Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi - QAYDASIAzərbaycan Respublikası Prezidentinin  2023-cü il 17 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin (bundan sonra – sərbəst vəsait) investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar "Sosial sığorta haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
2. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prinsipləri
2.1. İnvestisiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.1.1. təhlükəsizlik;
2.1.2. likvidlik;
2.1.3. gəlirlilik;
2.1.4. müxtəliflik.
3. Sərbəst vəsaitin idarə olunması qaydası və yerləşdirilməsi istiqamətləri
3.1. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən yaradılan İnvestisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri daxil edilirlər. İnvestisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
3.2. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddətdə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə investisiya strategiyası ilə bağlı digər məsələlər hər il üçün İnvestisiya Şurası tərəfindən qəbul edilən investisiya siyasəti sənədində müəyyən olunur.
3.3. İnvestisiya fəaliyyəti ilə bağlı qərarların hazırlanaraq təsdiq olunması İnvestisiya Şurasına təqdim edilməsi, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinin təşkili məqsədilə Fondun İdarə Heyətinin qərarına əsasən Fondda İnvestisiya Komitəsi yaradılır. İnvestisiya Komitəsinin fəaliyyəti İdarə Heyətinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
3.4. Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir:
3.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
3.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
3.4.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
3.4.4. bu Qaydanın 3.4.1–3.4.3-cü yarımbəndlərində qeyd olunan qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;
3.4.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlərə.
3.5. Sərbəst vəsaitin Nazirlik tərəfindən müəyyənləşdirilən investisiyaya yönəldiləcək məbləği bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilir.
3.6. İnvestisiya fəaliyyətini Fond həyata keçirir.
3.7. Bu Qaydanın 3.4-cü bəndində göstərilənlər istisna olmaqla, sərbəst vəsait səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.
3.8. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək məbləği, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun Mərkəzi Bankdakı hesabında saxlanılır.
3.9. Sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotu Fondda ayrıca aparılır.
4. Sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri
4.1. Bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır.
4.2. Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 (beş) faizi həcmindən çox olmamalıdır.
4.3. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
4.4. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:
4.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;
4.4.2. Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.
5. İnvestisiya gəlirlərindən istifadə edilməsi
5.1. İnvestisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:
5.1.1. investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
5.1.2. sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
5.1.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
5.1.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
5.1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.
5.2. İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
5.3. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.
6. Hesabatlılıq
İnvestisiya fəaliyyəti, o cümlədən həmin fəaliyyətin nəticələri barədə Nazirlik tərəfindən ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edilir. / fed.az

İnvestisiya     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri