Dünya Bankı Avropada təbii qazı qiyməti üzrə proqnozunu dəyişib

Dünya Bankı Avropada təbii qazı qiyməti üzrə proqnozunu dəyişibDünya Bankı (DB) 2023-2024-cü illər üçün Avropa və ABŞ-da təbii qazın orta satış qiyməti üzrə proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.
Hesabata əsasən, 2023-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 26.8 kubmetrə bərabərdir) 13 ABŞ dolları təşkil edəcək, bu da öncəki proqnoz göstəricisi ilə müqayisədə 6% azdır.
DB-nin proqnozuna əsasən, 2024-cü ildə qeyd olunan göstərici 12,5 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricisi ilə müqayisədə 4.5% azdır.
Hesabatda qeyd olunur ki, 2023-cü ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2.7 dollar təşkil edəcək (proqnoz dəyişməyib), 2024-cü ildə isə bu göstərici 3.3 dollar səviyyəsində qərarlaşacaq (öncəki proqnozdan 0.4% azdır).
Bankın proqnozuna görə, 2025-ci ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün 13 dollar, ABŞ da isə 4 dollar olacaq.
Hesabatda həmçinin bildirilir ki, 2023-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün illik müqayisədə 67.8%, 2024-cü ildə – 3.8% azalacaq, 2025-ci ildə isə 4% artacaq. ABŞ-da qazın qiyməti 2023-cü ildə 57.6% azalacaq, 2024-2025-ci illlərdə isə müvafiq olaraq 20.4% və 23.1% artacaq. / banker.az

Xəbərlər     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti