Dünya Bankı neftin qiyməti üzrə proqnozunu yeniləyib
Dünya Bankı (DB) 2023-2024-cü illər üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.
Hesabata əsasən, 2023-cü ildə "Brent" neftinin 1 barelinin qiyməti 84 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.
DB-nin proqnozuna əsasən, 2024-cü ildə "Brent"in qiyməti 81 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 5% azdır.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə "Brent" neftinin qiymətinin azalması davam edəcək və 80 dollar təşkil edəcək.
Belə ki, Bankın proqnozuna əsasən, 2023-cü ildə "Brent"in qiyməti illik müqayisədə 15.9%, 2024-cü ildə – 3.6%, 2025-ci ildə isə 1.2% azalacaq. / banker.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə