Dünya ölkələrinin hərbi xərcləri AÇIQLANDI

Dünya ölkələrinin hərbi xərcləri AÇIQLANDIQlobal silah xərcləri 2022-ci ildə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabatında bildirilib.
Qeyd olunub ki, Avropada artım son 30 ilin ən yüksək göstəricisi olub. Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır.  Dünyadakı hərbi xərclərin 56%-i bu 3 ölkənin payına düşür. Avropada isə hərbi xərclərin artımı 13% təşkil edib. Bu, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.
"Son illərdə qlobal hərbi xərclərin davamlı artımı getdikcə daha təhlükəli bir dünyada yaşadığımıza işarədir. Ölkələr yaxın gələcəkdə pisləşən təhlükəsizlik vəziyyətinə cavab olaraq hərbi güclərini artırırlar", – deyə SIPRI proqramının silah istehsalı üzrə baş tədqiqatçısı Nan Tian bildirib.
Hesabat müəllifləri qeyd edirlər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən soyuq müharibə səviyyəsinə qayıdıb.
Belə ki, Mərkəzi Avropada xərclər keçən il 345 milyard dollar təşkil edib. Bu, ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib və 2013-cü illə müqayisədə 30% yüksək olub.
Hərbi xərclərdə ən kəskin artım Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.
Qeyd edək ki, ABŞ hərbi xərclərin ən yüksək səviyyəsinə malik ölkə olmaqda davam edir.
Belə ki, 2022-ci ildə ABŞ-ın hərbi xərcləri 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39%-nə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin xərclərindən üç dəfə çoxdur.
Nan Tian yazır ki, 2022-ci ildə ABŞ-ın hərbi xərclərinin artması Ukraynaya hərbi yardımı ilə bağlıdır.
Xatırladaq ki, ABŞ-ın Ukraynaya hərbi yardımı 2022-ci ildə 19,9 milyard dollar təşkil edib. Bu, soyuq müharibə bitdikdən sonra bir alıcıya ayrılan ən böyük məbləğ olsa da, ABŞ-ın ümumi hərbi xərclərinin yalnız 2,3%-ni təşkil edir.
Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2% artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 4,1%-nə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-in 3,7%-i idi.
Məlumata görə, 2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb. Bu, bir ildə 640 faiz artım deməkdir.
Digər ölkələr
2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur. Mərkəzi və Qərbi Avropada Böyük Britaniya ən çox hərbi xərclərə sahib olub – 68,5 milyard dollar, onun 2,5 milyard dolları (3,6%) Ukraynaya yardım üçün ayrılıb.
Asiya və Okeaniyada ümumi hərbi xərclər 575 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,7%, 2013-cü illə müqayisədə isə 45% çoxdur.
Hesabat qeyd olunub ki, Çin ötən il hərbi ehtiyaclar üçün 292 milyard dollar ayırıb. Bu, 2021-ci illə müqayisədə 4,2%, 2013-cü illə müqayisədə isə 63% çoxdur.
Yaponiyanın hərbi xərcləri 2021-ci ildən 2022-ci ilə qədər 5,9% artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1%-nə çatıb. 1960-cı ildən bəri bu, hökumətin orduya ayırdığı ən böyük vəsaitdir.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 24 aprel 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd


iqtisadi xeberler valyuta mezennesi en son xeberler iqtisadiyyat xeberleri dollar mezenne