Brent neftinin qiyməti 2026-cı ilin son rübündə enəcək
Goldman Sachs hesab edir ki, Brent neftinin qiymətləri gələn il daha da düşəcək və 2026-cı ilin dördüncü rübündə barel üzrə 52 dollara enəcək.
Biznes.az xəbər verir ki, bu düşüşün baş verməsinin zaman ala biləcəyini bildirən Goldman Sachs, qiymətlərdəki mümkün azalmaya iki əsas səbəb olduğunu vurğulayıb.
Birinci səbəb: Noyabr ayında gözlənilən mövsümi normadan yüksək OECD ticarət ehtiyatlarının artımı artıq qiymətlərə daxil olub. Goldman Sachs proqnozlaşdırır ki, OECD ehtiyatlarındakı ciddi artım növbəti dəfə yanvarda baş verəcək və gündəlik 1,7 milyon barel səviyyəsində olacaq.
İkinci səbəb: Dizel emal marjlarının davamlı yüksək səviyyədə olmasıdır. Goldman Sachs bildirir:
"Bu vəziyyət, emal müəssisələrinin fəaliyyətini və xam neft tələbatını dəstəkləməyə davam edir".
Goldman Sachs həmçinin bildirib ki, Rusiya neft istehsalında əlavə aşağı yönlü risklər mövcuddur. Bu risklərə yüksək yerli valyuta xərcləri, köhnəlmiş avadanlıqlar, texnologiya çatışmazlığı kimi daxili problemlər, eləcə də Ukraynanın Rusiya enerji infrastrukturuna yönəlmiş hücumları daxildir.
Goldman Sachs vurğulayıb ki, bu risklər qlobal tələbdəki mümkün azalmalardan daha təsirli ola bilər.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?