"Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev "Dövlət xidmətlərinə görə rüsumla yanaşı əlavə haqqın alınmasını düzgün deyil".
Biznes.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət xidmətləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Qüdrət Həsənquliyev bildirib.
"Biz burda rüsumu ayrı qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu, artıq kommersiya təşkilatıdır. Biz onda gərək onu vergilərə cəlb edək. Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Mülkiyyət toxunulmazlığını təmin etmək üçün qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiya yönümlü mühiti yaradıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin, büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması Konstitusiyaya ziddir", - deyə deputat bildirib.(apa)
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd