"Dünya standartlarına uyğun kitab hazırlamaq və nəşr etmək üçün bu işə başladıq" - MÜSAHİBƏ

"İnci Şirkətlər Qrupu" daxilində faliyyət göstərən "İZƏ" nəşriyyatının direktoru Orxan Bəyov (20-dən çox kitabın müəllifi) ilə müsahibə.
- Orxan bəy, 2019-cu ildə qurulan və qısa zaman ərzində vəsaitləri ilə uşaqların, şagirdlərin və müəllimlərin sevimlisinə çevrilən "İZƏ" nəşriyyatını yaxından tanımaq istərdik.
- "İZƏ" nəşriyyatı 2019-cu ildə "İNCİ" şirkətlər qrupu daxilində quruldu, ancaq bunun öncəsi və özünə məxsus yaranma hekayəsi var. Bu barədə qısaca bəhs etmək istərdim. 1995-ci ildə təsis olunan "İnci Group of Companies" MMC dəftər və ofis ləvazimatlarının istehsalı, satışı və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə və müxtəlif ölkələrdə bir neçə şirkət fəaliyyət göstərir.
Təbii ki, sağlam təməllərlə illərə dayanan bu şirkətin daxilində nəşriyyatın olması qaçınılmaz idi. 2019-a qədərki dövrdə bizim xəyallarımız var idi, fərqli kitablar incələyirdik, dünyanın müxtəlif ölkələrindəki kitab sərgilərində olur, oradakı kitabları görür və gördükcə gözəl bir şey edək, Türkiyə, Avropa, bir sözlə, dünya standartlarına uyğun kitablar hazırlayaq deyə xəyallar qururduq. Keçən illər ərzində təcrübələr qazandıq, daha da təkmilləşərək məsuliyyətli və bir o qədər cəmiyyətə faydalı olan bu işə başlamağa qərar verdik. Məqsədimiz şagirdləri ən yaxşı vəsaitlərlə təmin etmək, onlara fənləri sevdirəcək arzuladıqları kitabları nəşr etmək, müəllimlərin belə öyrədərkən özlərinin də faydalana biləcəkləri kitabları hazırlamaq idi. Əslində, bizim devizimiz olan "oxu, öyrən, öyrət, dünyanı dəyişdir..." ifadəsindəki məqsəd gələcəyimizi əmanət etdiyimiz şagirdlərimizi bir gün dünyanı belə dəyişə biləcəklərinə inandırmaq və onlara bu yolda dəstək olmaqdır. Bu minvalla yola çıxan "İZƏ" nəşriyyatını bu məqsədlə də davam etdiririk.
- Bu işi çox sevərək görürsünüz. Orxan bəy, nəşrləriniz, həqiqətən də, rəngarəng və keyfiyyətlə tərtib olunmuşdur. İstərdim ki, bu nəşrlər haqqında ətraflı məlumat verəsiniz.
-Təbii ki, hər bir vəsaitin özünəməxsus cəhətləri vardır və əlavə vəsaitlər dərsliklər üçün bir növ açar, izah, məşq xarakteri daşıyır. Bu baxımdan, şagirdlərin keçirilən mövzuları mənimsəməsi və dərslərində uğur qazana bilməsi  üçün düzgün vəsait seçimi ən önəmli məqamlardan biridir. Düşünürəm ki, bir vəsaitin üstünlüyü onun dərsliklərə uyğun olması, tapşırıqların inkişafetdirici, düşündürücü, şagirdlərdə şüurlu mənimsəmə və mühakimə aparma bacarıqlarını inkişaf etdirməyə yönəlmiş olmasıdır. Məhz bu baxımdan vəsaitlərimizi tərtib edərkən bu prinsiplərə əməl edərək kitablarımızı 3 əsas başlıq altında formalaşdırdıq. Bunlar - mövzu izahları, çalışmalar, qapalı testlərdir.
- Müasir tədris metodlarında istifadə olunan Blum taksanomiyasını Azərbaycanda ilk dəfə 5-8-ci siniflər üçün "DKT" (Dəftər, Kitab, Test toplusu) vəsaitlərinə uyğunlaşdıran "İZƏ" nəşriyyatıdır. Şagirdlərin və hətta deyərdim ki, müəllimlərin belə əvəzolunmaz vəsaitinə çevrilən "DKT" seti də ilk dəfə "İZƏ" nəşriyyatı tərəfindən tərtib olunub. İstərdim ki, "DKT" setiniz haqqında məlumat verəsiniz. Bu setdə nə üçün Blum taksanomiyasından istifadə etmisiniz?
- "DKT" seti dəftər, kitab və test toplusunun bir kitabda cəm olunmasıdır. Bu üçü bir arada olması səbəbi ilə hər birimizin o yaşlarda olduğu zaman arzuladığı və xəyal etdiyi vəsaitdir.
5-8-ci siniflər üçün tərtib olunan vəsaitlərimizdə müəlliflərlə birlikdə onların daha faydalı, dünya standartlarına uyğun olması üçün milli kurikulumu sintez edərək 6 mərhələli taksanomiya metodunu 4 hissəli ölçmə və qiymətləndirmə sisteminə uyğunlaşdırdıq. Bu sistemle hazırlanan vəsaitlərimiz şagirdlərin öncədən öyrənilən məlumatı verilən mövzu izahları ilə xatırlaması və bu izahları sual həllərində istifadə etməklə mövzunu daha yaxşı qavramasını, daha sonra öyrəndikləri mövzuları verilən məlumatlara əsasən çalışmalar üzərində tətbiq etməsini, düşünmə qabiliyyətini artırmasını və sonda şagirdlərin qiymətləndirilməsi ilə birlikdə "tam öyrənmə"yə nail olunmasını təmin edir. Blum taksanomiyası ilə tərtib olunan bu vəsait eyni zamanda şagirdlərin üst səviyyədə düşünmə bacarıqlarını da inkişaf etdirir.
- Şagird və müəllimlərə maraqlı olan məqamlardan biri də "İZƏ" nəşriyyatının yeni layihələridir. Nə kimi yenilikləriniz ilə şagirdləri sevindirəcəksiniz?
- İlk öncə uzun zamandır üzərində işlədiyimiz və tezliklə hazır olacaq olan bir vəsaitimiz haqqında məlumat vermək istərdim. Azərbaycanda ilk dəfə "İZƏ" nəşriyyatında tərtib olunan bu vəsait "Sözlü məntiq"dir. Bu vəsait 1-4-cü siniflər üçün nəzərdə tutulub və deyərdim ki, hər kəsin çox səbirsizliklə gözlədiyi bir vəsaitdir. "Sözlü məntiq" vasitəsi ilə şagirdlər dil biliklərini və bacarıqlarını inkişaf etdirərək sürətli analiz etmə bacarıqlarını da gücləndirəcəklər.
Daha sonra ibtidai sinif şagirdlərinin çətinlik çəkdiyi riyaziyyat fənni üzrə açıq tipli çalışmalar və məsələ həlləri üzrə bir layihəmiz var. Bu vəsait vasitəsi ilə şagirdlər açıq tipli çalışmalarla məsələ həllərinin sintezini tək vəsaitlə öyrənmiş olacaqlar.
Təbii ki, qarşıdan gələn yay aylarında şagirdlərimizin bu ayları daha səmərəli keçirmələri üçün 6 fənnin bir arada olması ilə hazırlanacaq "Yay tapşırıqları" vəsaitləridir.
- Müsahibə üçün təşəkkür edirik, işləriniz avand olsun. /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb

Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib. Bu mükafatla biznes strategiyas

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima

Kütləvi isteriya niyə asanlıqla yayılır və ona necə qarşı durmaq olar?

Alimlər bu fenomeni izah etmək üçün mənəvi panika nəzəriyyəsini irəli sürüblər. Mənəvi panika nədir?. Mənəvi panika, adətən, ictimai normalardan real və ya xəyali sapma nəticəsində yaranan kütləvi isteriyanın sürətlə yayılmasıdır

Amerika 300 illiyin astanasında: növbəti yarım əsrdə bəşəriyyəti nə gözləyir?

Ay bazaları, yüz yaşa qədər həyat və nəhayət, uçan avtomobillər. 2076-cı ilə qədər açılacaq gələcək təsəvvür etdiyimizdən xeyli qəribə ola bilər. 1976-cı ilin aprelində, ABŞ-nin iki yüz illiyinin qeyd olunmasına üç ay qalmış

Britaniya Yunanıstanın iqtisadi bərpa təcrübəsindən nə öyrənə bilər

Yunanıstanın böhrandan sonrakı dirçəlişi göstərir ki, hökumət dövlət aktivlərini investisiyaların hərəkətverici qüvvəsinə çevirə və bunu istiqraz bazarlarını qorxutmadan edə bilər. Böyük Britaniya artıq on ildir dərin iqtisad

Universitetə getmədən diplom almaq istəyənlərin nəzərinə: Diplomunuz tanınmaya bilər

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlər

Çat-botları yaltaqlıqdan necə uzaqlaşdırmaq olar?

2025-ci ilin yayında OpenAI ChatGPT 5-i təqdim etdi və onun əvvəlki versiyasını bazardan çıxardı. Köhnə modelin bir çox abunəçisi onun isti, mehriban tonuna bağlanmışdı və cazibədar robot yoldaşını itirdiklərinə görə narazılı

Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir

Hindistanın dərin texnologiyalar sahəsində fəaliyyət göstərən startapları ölkənin kosmik ambisiyalarını dəyişdirir: dövlət Hindistanın qlobal kosmik yarışda strateji və iqtisadi mövqelərini gücləndirmək üçün özəl innovasiyalar

Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb

() Bu il Kanada Azərbaycan Məktəbinin məzunları Ontario Secondary School Diploma (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyü


iqtisadi xeberler kicik biznes rubl mezenne bitcoin qiymeti dollar məzənnəsi