Dünyada silah istehsalı ARTIB - STATİSTİKA

Dünyada silah istehsalı ARTIB - STATİSTİKADünyanın ən iri silah istehsalçılarının 2021-ci ildə satışı 1,9% artaraq 592 milyard dollara çatıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) məlumat yayıb.
Bildirilib ki, 2020-2021-ci illərdə silah ticarəti 2019-2020-ci illərlə müqayisədə (1,1%) artsa da, ümumilikdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı olub.
Hesabatda qeyd olunub ki, 100 ən iri müdafiə şirkətinin həyata keçirdiyi satışın həcmi dalbadal yeddinci ildir ki, artıb.
Rus istehsalçıları
Rusiya hərbi-sənaye şirkətləri istehsallarını artırdıqca, yarımkeçiricilərlə bağlı çətinliklər yaşayırlar. Bu, "Almaz-Antey" tərəfindən açıqlanıb.
2021-ci ildə altı Rusiya şirkəti ilk 100-lükdə yer alıb. Bu şirkətlərin ümumi satış həcmi 17,8 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 0,4% çoxdur.
Bununla belə, hesabatda qeyd olunur ki, 2020-ci illə müqayisədə 2021-ci ildə dövlət korporasiyasının hərbi ixracının həcmi 13% azalaraq 15,5 milyard dollar təşkil edib.
ABŞ şirkətləri
Reytinqdə əvvəlki kimi Amerika şirkətləri liderdir. İlk 100-lükdə onlardan 40-ı yer alır. Onların ümumi satışları 299 milyard dollar təşkil edib.
Avropa istehsalçıları
Avropa ilk 100-lükdə 27 şirkətlə təmsil olunur ki, onların ümumi satışları 2020-ci illə müqayisədə 2021-ci ildə 4,2% artaraq 123 milyard dollar təşkil edib.
Belə ki, "Dassault Aviation Group" ümumilikdə 6,3 milyard dollar dəyərində 25 "Rafale" təyyarəsinin çatdırılması hesabına satışlarını 59% artırıb.
Digər ölkələr
2021-ci ildə Asiya və Okeaniyadan 21 şirkətin ümumi satışları əvvəlki ilə nisbətən 5,8% artaraq 136 milyard dollar təşkil edib. Bu məbləğin 109 milyard dolları 6,3% artımla səkkiz Çin şirkətinin payına düşür.
İlk 100-lükdə təmsil olunan Cənubi Koreya şirkətlərinin ümumi satışları 2020-ci illə müqayisədə 3,6% artaraq 7,2 milyard dollar təşkil edib. Bu, əsasən "Hanwha Aerospace"dən silahların tədarükü ilə bağlı olub. O, həcmini 7,6% artıraraq 2,6 milyard dollara çatdırıb.
Qeyd edək ki, dünyanın 100 ən iri hərbi sənaye şirkətinin siyahısında Türkiyəni iki şirkət təmsil edib – "Aselsan" (56-cı yer) və "Turkish Aerospace" (84-cü yer) olub.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler iqtisadiyyat xeberleri leobank kart depozit faizleri dollarin kursu bu gun