Dünyadakı pensiyalar: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

Dünyadakı pensiyalar: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI2022-ci ildə Picodi.com analitikləri 44 ölkənin pensiya məbləğlərini müqayisə edib və bu pulun yaşamaq üçün minimal rahatlıq səviyyəsini müqayisə ediblər.
KONKRET.azxəbər verir ki, müqayisədə əsas rəqəm pensiya yaşında olan insanlara dövlət tərəfindən ayrılan təqaüdlər olub. Bəzi ölkələrdə pensiya vergi və sosial məsrəflərdən azaddır. Elə ölkələr də var ki, sığortalar (icbari tibbi sığorta və s.) pensiya məbləğindən çıxılır.
Reytinqin düzgün olması üçün analitiklər netto məbləği hesablayıblar. Yəni pensiyaçının əldə etdiyi real vəsait göstərilib:
İsveçrə 3252.1 AZN
ABŞ 2827.1 AZN
İtaliya 2092.7 AZN
Avstraliya 2089.3 AZN
Almaniya 1887 AZN
Yunanıstan 1666 AZN
Sloveniya 1535.1 AZN
Kanada 1513 AZN
Çexiya 1195.1 AZN
Portuqaliya 1060.8 AZN
Estoniya 1033.6 AZN
Slovakiya 977.5 AZN
Polşa 942 AZN
Litva 787.1 AZN
Macarıstan 787.1 AZN
Çin 776.9 AZN
Argentina 770.1 AZN
Latviya 753.1 AZN
Xorvatiya 719.1 AZN
Rumıniya 715.7 AZN
Meksika 635.8 AZN
Siyahını 2000-4000 AZN civarında pensiya verən Danimarka, Finlandiya, Norveç və İsrail ilə genişləndirmək olar. Lakin dünya pensiya reytinqində ən aşağı pillələrdən birini tutan MDB üzvlərinə keçək. MDB ölkələrindəki pensiya müqayisəsini aparmazdan öncə qeyd edək ki, yuxarıdakı müqayisəni aparan analitiklərin fikrincə, Qazaxıstan Rusiyanı üstələyir. Söhbət 2022-nin fevralında MDB ölkələrində ən yüksək orta pensiya həcmindən gedir:
Qazaxıstan 399.5 AZN
Rusiya 365.5 AZN
Azərbaycan 362.1 AZN
Belarus 323 AZN
Özbəkistan 215.9 AZN
Ermənistan 144.5 AZN
Qırğızıstan 121.55 AZN
Moldova 111.35 AZN
Bəlkə də bu cədvəl qazax analitiklərin hesablamaları olduğundan özləri 1-ci yerdədir. Hər halda Azərbaycan üçlüyü tamamlayıb. Deməli, vəziyyət elə də acınacaqlı deyil. Əsas odur ki, bu gün ölkədə 25 il stajı olan üçün minimum pensiya məbləği 240 manat təşkil edir. Belə deyək, minimum pensiya məbləğində dünya olmasa da, MDB liderlərindənik. Problemi MDB-yə üzvlükdə görənlərlə qismən razıyam. Lakin bir faktı da qeyd edim ki, MDB-dən çıxan Gürcüstan və Ukraynadakı pensiya Azərbaycandakı məbləğdən azdır.
Anar Rəhimov,
KONKRET.az

Xəbərlər     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler iqtisadiyyat xeberleri leobank kart depozit faizleri dollarin kursu bu gun