Dünyanı fəth edən sürprizli yumurta: "Kinder"in hekayəsi

Dünyanı fəth edən sürprizli yumurta: 1940-cı il. İtaliya şəhəri. Turin. İstedadlı şirniyyatçı Pyetro Ferrero ailə başçısı və üç uşaq atası olaraq, həyat yoldaşı ilə birlikdə kiçik çörəkxanada işləyir. Çörəkxana Pyetroya atasından miras qalır. Tezliklə gənc şirniyyatçı onu qənnadıya çevirir. Ferrero yeni reseptlər yoxlayır, biznes inkişaf edir, lakin İkinci Dünya müharibəsi onu həyat yoldaşı və uşaqları ilə birlikdə İtaliyanın şimalına köçməyə məcbur edir.
Burada evli cütlük öz sevimli işinə qayıdır – yeni qənnadı açır və bu, onların uğura gedən yolunun başlanğıcı olur. Yenilikçiliyə meyilli olan Pyetro şokoladlı pasta yaradır. Resepti dəyişərək, o, bu incəsənət əsərini şəhər əhalisinin, eləcə də bütün italyanların yeni ləzzət növünə çevirir.
Dünyanı fəth edən sürprizli yumurta: "Ferrero" fabriki və şirniyyatçı Pyetro
Beləliklə, Pyetro Alba şəhərinin ən yaxşı şirniyyatçısı olur. Buna görə meriya əlamətdar gün üçün şirniyyat hazırlamağı məhz ona tapşırır. Ferrero şirniyyatın hazırlanmasına bir gün sərf edir və hər şey hazır olduqdan sonra onu masada qoyaraq evə istirahət etməyə gedir. Səhər-səhər dükana gələndə Ferreronu böyük məyusluq gözləyir. O, hazırladığı şirniyyatın şokolad gölməçələrinə çevrildiyini görür. İsti hava onu əridib.
Amma Pyetro çətin vəziyyətlərdə fürsət görən insanlardan idi. O, şokoladlı gölməçələri təzə bişmiş çörəyin üzərinə sürtdü və təəccübləndi – bu, çox dadlıdır! Beləliklə, meriyaya şirniyyat deyil, şokoladlı sendviçlər göndərildi. Bütün qonaqlar məmnun qaldı.
1946-cı ildə Pyetro fabrik açdı və şirkətinə "Ferrero" adını qoydu. 10 ildən sonra onun məhsulları İtaliyadan kənarda tanınmağa başladı.
Qayıdaq Ferreronun "Kinder"i, daha doğrusu "Kinder Sorpresa"nı yaratması hekayəsinə. Ədalət naminə, yumurtanın içinə oyuncaq qoymaq ideyasının ona aid olmadığını etiraf etmək lazımdır. İtaliyada çoxdan belə bir ənənə var: Pasxa bayramından əvvəl valideynlər uşaqlar üçün yumurta formalı kekslər hazırlayırlar və içinə oyuncaq və ya dəmir pul qoyurlar.
Pyetronun nəvələrindən biri olan Mikele bu ideyanı istehsalatda həyata keçirmək qərarına gəldi, amma yumurtanı xəmirdən yox, şokoladdan hazırlamağa qərar verdi. "Kinder" yumurtaları 1974-cü ildən istehsal olunmağa başladı. "İçlik" (plastikdən olan sarı kapsul) təbii yumurta sarısı şəklində idi. O ki qaldı oyuncaqlara, onların dizaynı üzərində isveçrəli mütəxəssis Henri Rot çalışdı.
"Ferrero"nun yeni məhsulu "Kinder Sorpresa" adını aldı, çünki onun hədəf auditoriyası uşaqlar idi. Şokoladlı yumurta italyanlarda böyük maraq oyatdı və ilk partiya bir saat ərzində satıldı. Adi oyuncaqlardan əlavə, yumurtanın içinə kiçik heykəlciklər də qoyulurdu, uşaqlar onları toplayaraq kolleksiya toplayırdı.
Bu heykəlciklər əl ilə rənglənirdi, hansı ki çox vaxt və səy tələb edirdi, ona görə də heykəlciklər hər yumurtanın içinə qoyulmurdu. Oyuncağın yaradılması ideyadan başlayırdı. Məsələn, əfsanəvi begemotlar "Ferrero"nun inkişaf şöbəsinin bəhrəsi idi. Tayvanda səyahət edən Pyetro begemot heykəlini görür və belə bir kolleksiya yaradacağına qərar verir.
Yeni oyuncaq kolleksiyası təqdim edilməzdən əvvəl xüsusi qəliblər hazırlanır. Bundan sonra sınaq partiya istehsal edilir. Heykəlciklərin keyfiyyəti qiymətləndirildikdən və təsdiq edildikdən sonra tam həcmdə istehsala başlanılır.
"Kinder Surprise" bütün Avropanı fəth etdiyi zaman ABŞ-da bu yumurtalar qadağan edilmişdi. Səbəb onunla bağlı idi ki, 1938-ci ildə ölkədə qanun var idi və ona əsasən, tərkibində yeyilməz komponentlər olan qənnadı məmulatların satışına icazə verilmirdi. Bundan əlavə, kiçik oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükəli idi. Qadağa yalnız 2013-cü ildə aradan qaldırıldı. Amerika standartlarına cavab vermək üçün yumurtaların dizaynı kökündən dəyişdirildi.
İnkişafının növbəti mərhələsində "Ferrero" qərara gəldi ki, təkcə uşaqları deyil, həm də yeniyetmələri sevindirmək lazımdır. Buna görə də, 1981-ci ildə "Kinder Chocolate Maxi"ni yaratdı.
Tədricən başqa şirkətlər "Ferrero"nu təqlid etməyə başladı. Lakin bu, heç bir şəkildə "Kinder"in uğuruna kölgə salmadı. Təkcə uşaqlar deyil, böyüklər də oyuncaqlar toplayırdılar. Nadir tapılan nümunələr hərraclarda 500-1000 dollar qiymətinə satılırdı.
Dünyanı fəth edən sürprizli yumurta: Bu gün "Kinder"in baş ofisi Lüksemburqda yerləşir. Orada təxminən 20 min işçi çalışır. Qeyd edək ki,  şirkət indi də çevik iş qrafikini tətbiq edir. Bu o deməkdir ki, hər bir işçi iş vaxtını özü seçir. Bununla şirkətin rəhbərliyi işçilərin ehtiyaclarına hörmət etdiyini ifadə edir. / banker.az

Maraqlı     Tarix: 03 may 2023

Oxşar xəbərlər

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler rubl mezenne birbank online pul qazanmaq dollarin kursu bu gun