Dünyanın ən bahalı avtomobil brendi AÇIQLANDI
ABŞ-ın "Tesla" elektromobil şirkəti "Mercedes-Benz" və "Toyota"nı keçərək dünyanın ən bahalı avtomobil markaları siyahısında birinci yeri tutub.
KONKRET.az xəbər verir ki, bu barədə "Brand Finance" beynəlxalq analitik agentliyinin hesabatında deyilir.
Agentliyin məlumatına görə, "Tesla" brendi hazırda 66,2 milyard dollar dəyərində qiymətləndirilir. Bu, pandemiyadan əvvəlki dəyərindən beş dəfə çoxdur.
Qeyd olunub ki, ötən ilin lideri olan "Mercedes-Benz"in marka dəyəri 3 faiz azalaraq 58,8 milyard dollara, daha əvvəl ikinci yerdə olan "Toyota" isə 18 faiz azalaraq 52,5 milyard dollara düşüb.
Çin avtomobil markası "Sokon" isə illik müqayisədə 123 faiz artaraq dəyəri 739 milyon dollara çatan ən sürətli böyüyən brend seçilib.
Siyahıda həmçinin ən güclü AAA+ reytinqli avtomobil markası adlandırılan "Ferrari"nin də adı çəkilir.
İqbal Rzayev,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
5 liderlik göstəricisi
Cash Back nədir?
Elon Musk kimdir?