Dünyanın iri şirkətləri zavodlarını - ÇİNDƏN HİNDİSTANA KÖÇÜRÜRLƏR
Dünyanın bir sıra iri şirkətləri öz istehsal müəssisələrinin Çindən Hindistana köçürməyə başlayıblar.
"Apple" məhsullarının 25%-ni Hindistanda - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, ABŞ-ın "Apple" şirkəti öz təchizat zəncirini şaxələndirmək və istehsal məsələləsində Çindən asılılığını azaltmaq istəyir.
"Bloomberg"in məlumatına görə, artıq şirkətin Hindistandla da müəssisələri işə düşüb və 2022-ci ildə Hindistanda istehsal olunan "Apple" smartfonlarının həcmi 2,5 milyard dollara çatıb. Bu 2021-ciillə müqayisədə 2 dəfə artıqdır.
"Apple"ın pordratçıları olan şirkətlər — "Foxconn Technology Group", "Wistron Corp", "Pegatron Corp." Hindistandakı müəssisələrdə2,5 milyard dollarlıq "iPhone" istehsal edib ixrac ediblər.
Hindistanda buraxılan modellərin çəşidi də artıb. 2022-ci ilədək "Apple" şirkəti Hindistanda yalnız iPhone SE, 12 və 13 modellərini buraxırdılar. 2022-ci ildə isə "Apple" Hindistanda "iPhone 14"də buraxmağa başlayıb.
Üstəlik şirkət indiyədək Çində istehsal olunan qulaqçıcları "AirPods" və "Beats"ların istehsalını da Hindistana köçürmək istəyir. 2023-cu ildən etibarən həmin qurğuları "Foxconn" şirkəti Hindistanda buraxacaq.
"Apple"ın daha bir təchizatçısı olan "BOE Technology Group" şirkətit – displeylərin istehsalçısı isə öz istehsalını Çindən Vyetnama köçürür.
2019-2020-ci illərdə isə Cənubi Koreyanın "Samsung" şirkəti Çindəki istehsalının bir hisssəsini Vyetnama köçürüb.

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
ZARA-nın uğur hekayəsi
Dropshipping nədir?
Layihə menecmenti nədir?
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri