Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək
Bu gün Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumu keçiriləcək.
FED.az xəbər verir ki, forumda hər iki tərəfi təmsil edən 150-yə yaxın iştirakçının, o cümlədən nazirlik və idarə rəhbərlərinin, rəsmilərin, sahibkarların, investorların, Azərbaycan və Tacikistan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.
Forumda turizm, sənaye, enerji, xidmət və s. sahələrdə investisiya imkanları təqdim olunacaq.
İki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığa dair yeni sənədlərin imzalanması gözlənilir.
Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 6,2 milyon ABŞ dolları təşkil edib.
İkitərəfli ticarətin təxminən 95%-i Azərbaycan məhsullarının Tacikistana idxalının payına düşür. (Report)

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bank Respublika" mühüm təyinat baş tutub
PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Elon Musk kimdir?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?