Ədalət Kazımlı, Tahir Qarayev, Rusiya nefti və milyardlar

Ədalət Kazımlı, Tahir Qarayev, Rusiya nefti və milyardlarAzərbaycan vətəndaşı Ədalət Kazımlı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən dərhal sonra Honq-Konqda ticarət şirkətini qeydiyyatdan keçirib və işğalçı ölkənin qara qızılını alıb satmağa başlayıb, Banker.az bu barədə Haqqin.az-a istinadən xəbər verir. 
"Bloomberg News"un araşdırmasına görə, onun qurduğu şirkət hazırda Rusiya neftinin ən böyük treyderlərindən biridir.
Agentlik yazır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Qərb şirkətlərinin sanksiyalara görə Rusiya neftini almaq və satmaqdan imtina etməsi fonunda qlobal enerji bazarlarını alt-üst edib. Tezliklə bazarda əvvəllər heç kimə məlum olmayan yeni ticarət şirkətləri meydana gəlib. Qısa müddətdə onlar Rusiya enerjisinin satışında əhəmiyyətli pay qazanıb. Bu şirkətlərdən bir neçəsi hazırda külli miqdarda qara qızıl alıb satsa da, açıq mənbələrdə onlar haqqında, eləcə də himayədarları haqqında məlumat yoxdur.
Bu il müharibə başlayandan dərhal sonra Honq-Konqda qeydiyyatdan keçən "Nord Axis" Rusiya neftinin ən böyük treyderlərindən birinə çevrilib. "Trafigura Group" neft nəhəngi "Rosneft"in təşəbbüsü ilə həyata keçirilən və qabaqcıl meqalayihə olan "Vostok Oil"də 10 faizlik payın alıcısı olduğunu elan edənə qədər şirkət neft bazarında tanınmırdı.
Açıqlanan sənədlər göstərir ki, Ədalət Kazımlı ötən ilin mayında "Nord Axis"in bütün səhmlərinin sahibi olub və artıq iyun ayında onları Dubaydakı holdinqə verib. Beləliklə, o, bir ay müddətinə – 2022-ci ilin mayından iyun ayına qədər "Nord Axis"in direktoru kimi siyahıya alınıb. Kazımlının istefasından sonra şirkətin direktoru vəzifəsinə istanbullu vəkil Murat Sain keçib.
"Bloomberg News"un 2022-ci ilin mart və avqust tarixlərində gördüyü sənədlər Kazımlının Türkiyədə fəaliyyət göstərmək və "Coral Energy Corporation" adından sənədləri imzalamaq üçün etibarnaməsinin olduğunu göstərir. Murat Sain isə öz növbəsində "Coral Energy" şirkətini Türkiyədə təmsil edən vəkil kimi siyahıya alınıb. Xatırladaq ki, Azərbaycan vətəndaşı Tahir Qarayevə məxsus olan bu korporasiya ən böyük ticarət şirkətlərindən biridir. O, milyonlarla barel Rusiya nefti ilə ticarət edib, lakin fevral ayında Rusiya ilə daha işləməyəcəyini açıqlayıb. Buna baxmayaraq, "Bloomberg News" tərəfindən dərc olunan sənədlər göstərir ki, "Coral Energy" hələ də qadağan olunmuş qara qızıla marağını itirməyib.
KSE institutunun Rusiya ticarəti və gəmiçiliyi ilə bağlı tərtib etdiyi ətraflı məlumatlara görə, "Nord Axis" bu ilin ilk dörd ayında ümumi həcmi 3.66 milyard dollar və ya gündə təxminən 586 min barel olmaqla Rusiya neftinin aparıcı treyderlərindən birinə çevrilib. Şirkətin yanvar-aprel ayları arasında 2.19 milyard dollar dəyərində neft məhsulları satdığı bildirilir. Məlumatlar dekabr ayından bəri neft emalının kəskin azaldığını və dörd ay ərzində gündəlik orta hesabla 6100 barelə düşdüyünü göstərir. Şirkət daha əvvəl yanvarın 1-dən etibarən Rusiya nefti ilə ticarəti dayandıracağını bildirsə də, dördüncü rübdə alınmış neft hələ yanvar ayında göndərilib.
Ədalət Kazımlı, Tahir Qarayev, Rusiya nefti və milyardlarTahir Qarayev
Sirli "Coral Energy" korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda "Coral Energy" şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur.
"Energy Intelligence"in ötən ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni "Rosneft"lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, "Coral" Azərbaycanda böyük həcmdə neft almaqla fəaliyyətə başlayıb, bundan sonra xeyli genişlənib və hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, "Coral Energy" 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən "Vetus Investments" şirkətinə məxsusdur.
"Bu adam çox təmkinlidir", – "Vetus Investments"lə tanış olan mənbə bildirir.
Ədalət Kazımlı, Tahir Qarayev, Rusiya nefti və milyardlarQarayevin və şirkətinin adı Türkiyədə ticarət gəmilərini yanacaqla təmin edən "CYE Petrol" şirkəti ilə hüquqi qalmaqalda hallanır. Türkiyə mətbuatının yazdığına görə, "CYE Petrol" 2022-ci ilin fevralında "Coral Energy" ilə ortaqlıq müqaviləsi imzalayıb və o zaman Ədalət Kazımlı da danışıqlarda iştirak edib. Tərəflər arasında imzalanan protokola əsasən, "Coral Energy" türk şirkətinə yanacağı hissə-hissə verməli idi.
Bunun müqabilində "CYE Petrol" "Coral Energy"yə 20 milyon dollar bank zəmanəti verib. Üstəlik, müqaviləyə əsasən, bu pul on iki aydan tez "CYE Petrol"un hesabından çıxarıla bilməzdi. Lakin on gün sonra, fevralın 18-də "Coral Energy" "CYE Petrol"un hesablarından 20 milyon dollar çıxarma prosesinə başlayıb. "Coral"ın Türkiyə ofisinin rəhbəri Ədalət Kazımlı vəkili Murat Sain vasitəsilə Türkiyə şirkətinin bank hesablarının dondurulması üçün vəsatət qaldıraraq, "CYE Petrol"un 20 milyon dollar ödəməyi gecikdirdiyini iddia edib.
"CYE Petrol" iddia edir ki, o, Tahir Qarayevin qurduğu bu "tələ" nəticəsində müflisləşib və 40 milyon dollar ziyana düşüb. Şirkət "Coral Energy"yə qarşı şikayət edib. "CYE Petrol" şirkətinin şikayəti əsasında İstanbul Anadolu Rayon Prokurorluğu Tahir Qarayev və "Coral Energy" şirkətinin digər məsul şəxsləri barəsində həbs qərarı çıxarıb. Amma dərhal bəlli olub ki, Ədalət Kazımlıdan başqa şirkətin bütün məsul şəxsləri hüquqi əlçatmazlıq zonasında – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədədir.

Xəbərlər     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib


iqtisadi xeberler birbank bitkoin en son xeberler dollar məzənnəsi