ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) "Vergitutma" və "Biznesə daxilolma" indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə görüş keçirilib. Görüşdə "PwC Azerbaijan", "Deloitte", "Ernst & Young", "KPMG Azerbaijan" şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.
«Vergi və hesabatlılıq» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini İlkin Vəliyev "Business Ready" hesabatının "Vergitutma" indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib. Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.
«Biznesə daxilolma» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını bu sahədə tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili barədə məlumatlandırıb. Digər təqdimat biznesə daxilolma üzrə qaydaların keyfiyyəti, rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, eləcə də əməliyyatların effektivliyi ilə bağlı olub.
Görüşdə Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesə daxilolma" və "Vergitutma" indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib. Bildirilib ki, yol xəritələri çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əgər əvvəllər bəyannamələrin elektron qaydada təqdim edilməsi əsas keyfiyyət göstəricisi hesab olunurdusa, hazırda bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. DVX vahid bəyannamələrlə əlaqədar bu sistemi uğurla tətbiq edib. Növbədə ƏDV bəyannamələridir ki, bu layihənin də qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.
Biznesə daxilolma sahəsində əsas uğurlardan biri xarici hüquqi şəxslərin elektron qeydiyyata alınması, eləcə də yerli MMC-lərin təsis sənədlərində və reyestrdə dəyişikliklərin qeydiyyata alınması prosesinin elektronlaşdırılmasıdır. İcrası davam edən digər layihə benefisiar mülkiyyətçi ilə bağlı hüquqi əsasların və müvafiq reyestrin yaradılmasıdır. Tədbir iştirakçılarına biznesə daxilolma əməliyyatlarının effektivliyi barədə göstəricilər də təqdim olunub.
Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə daxilolma" və "Vergi və hesabatlılıq" işçi qruplarına rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (). / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?