"ƏDV ilə bağlı yeni qaydalar iş adamlarının fəaliyyətini daha da asanlaşdıracaq" - DEPUTAT

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişiklik edib.
Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq - NƏLƏR DƏYİŞDİ?
Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən dəyişiklik ilə bağlı FED.az-a məlumat verib. Deputat Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər iş adamlarının fəaliyyətini asanlaşdırmaqla yanaşı, ƏDV ödəyicisi olan və olmayan sahibkarların birgə fəaliyyətini də optimallaşdıracaq.
O, bildirib ki, "Nazirlər Kabinetinin son qaydaları Vergi Məcəlləsinə edilən dəyişiklikdən irəli gəlir. Nəzərə alsaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən bir tərəfdən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, təşviq edilməsi, digər tərəfdən isə vergi intizamının genişləndirilməsini nəzərdə tutulur. Ümumiyyətlə ƏDV-nin depozit hesabı ilə bağlı və eyni zamanda ƏDV depozit hesabına köçürülmələrlə bağlı da qaydaların təkmilləşməsi müşahidə olunur.
Yeni qaydalar iş adamlarının fəaliyyətinin daha asanlaşdırılmasına və eyni zamanda xüsusən də ƏDV-li və ƏDV-siz yəni ƏDV ödəyicisi olan və ƏDV ödəyicisi olmayan sahibkarların birgə fəaliyyətlərinin optimallaşdırılmasına və asanlaşdırılmasına imkan verəcək.
Təbii ki, Burada Nazirlər Kabineti qaydaları təsdiq edir və həmin qaydalarda əsasən, daha çox texniki şərtlərdən, xüsusən də bir sıra sektorlar üzrə qəbzlərdə həm depozit hesabı ilə bağlı rekvizitlərin təqdim olunmaması, digər məlumatların təqdimatı tələbinin ləğv edilməsindən söhbət gedir. Bu, təbii ki, xüsüsəndə iş adamları üçün prosedurların asanlaşmasına gətirib çıxaracaq, onların gəlirlərinin artması və fəaliyyətlərinin stimullaşdırılması baxımından vacib hesab olunur.
Bu baxımdan təbii ki, qərar bütövlükdə Vergi Məcəlləsinə dəyişikliklərə uyğun olaraq qəbul edilməklə yanaşı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə imkan verəcək. Burada təbii ki, məqsəd, eyni zamanda sahibkarların xərclərinin azaldılması və onların fəaliyyətinin genişləndirilməsinə nail olmasından ibarətdir. Bu təbii ki, yerli istehsalın stimullaşdırılması məqsədi daşıyır ki, idxaldan asılılığın aradan qaldırılması, yerli istehsalın stimullaşdırılması, istehlak bazarında qiymətlərin optimallaşdırılması məhz bu kontekstdən bütövlükdə qəbul edilən qərarın və eyni zamanda, Vergi Məcəlləsinə son dəyişikliklərin əsas istiqamətləridir.
"

Biznes     Tarix: 04 mart 2025

Oxşar xəbərlər

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu


iqtisadi xeberler leobank kart bitkoin qiymeti telefonla pul qazanmaq investisiya