Əfsanəvi investor kapitalının yarısını - BİTKOİNƏ ÇEVİRİB
Əfsanəvi investor Bill Miller investisiya kapitalının yarısını bitkoinlərdə saxladığını etiraf edib. Millerin sözlərinə görə, o, kriptovalyutanın əhəmiyyətli hissəsini 30 min dollara alıb.
Eləcə də bax: Kriptovalyuta milyarderləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, eyni zamanda investor bitkoinin unikal iqtisadi vahid adlandırıb. Onun fikrincə, bitkoin – təklifi tələbdən asılı olmayan yeganə aktivdir.
Miller izah edir ki, qızılın qiyməti 18 min dollara qalxsa, onun tədarükü də əhəmiyyətli dərəcədə artacaq, çünki bu, qızıl çıxaran şirkətlər üçün əlavə stimul olacaq. Maynerlər isə kriptovalyutanın dəyərindən asılı olmayaraq, sabit qazanc alacaqlar.
Xatırladaq ki, keçən ilin iyulunda Miller bitkoini inflyasiyadan qorunmaq üçün ən yaxşı aktiv adlandırmışdı. İnvestor həmçinin bitkoinin rəqəmsal qızıl olması fikri ilə razılaşdı, çünki onun istifadəsi istənilən qiymətli metaldan daha rahatdır.
2019-cu ildə Bill Millerin "Miller Value Partners" fondu 119% gəlirlə ən yaşı fondlardan biri seçilib. İnvestor hələ bir neçə il əvvəl bitkoin almağa başlayıb, o dövrdə sikkə 300 dollara olub. Fondun kapitalının əhəmiyyətli hissəsi məhz ilk kriptovalyutanın dəyərinin artımı hesabına əldə edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?