Əhali və biznes banklara kredit borcunu 4 ayda 1,5 miyarda manata yaxın artırıb
Azərbaycan banklarnıın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin aprel ayında mart ayı ilə müqayisədə 2.2% və ya 541,8 milyon manat artaraq 24 milyard 644,5 milyon manata çatıb. Bankların cəmi kredit portfeli martda 269,6 milyon manat, fevralda 266,6 milyon manat, yanvarda 383,4 min manat artmışdı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu barədə Marja.az Mərkəzi Bankın aylıq Statistik bülleteninə istinadən xəbər verir.
2024-cü ilin yanvar-aprel dövründə bankların cəmi kredit portfeli 1 milyard 461,4 milyon manat artıb.
Aprel ayının sonunda cəmi kredit portfelinin 54.7%-ni və ya 13 milyard 476,4 milyon manatını biznes kreditləri, 29.7%-ni və ya 7 milyard 327 milyon manatını istehlak kreditləri, 15.6%-ni və ya 3 milyard 841,1 milyon manatını ipoteka kreditləri təşkil edib.
Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274.8 milyon manat (+2.1%), 185 milyon manat (+2.6%) və 82 milyon manat (+2.2%) artmışdır.,
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.


"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Proqramçılar üçün TOP-5 Freelance sayt
SMM nə deməkdir?