Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədi Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və "NEQSOL Holding Azərbaycan" ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və NEQSOL Holding-in baş direktoru Yusif Cabbarovun iştirak etdiyi tədbirdə ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Sənəd bioloji müxtəlifliyin qorunması, flora və fauna növlərinin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərində ekosistemin və infrastrukturun bərpası, dayanıqlı fəaliyyətin təmin edilməsi üçün strateji xammal ehtiyatları ilə təmin edilməsi, xammalın tullantı mineral komponentlərlə əvəzlənməsi, alternativ yanacaq və enerji mənbələrindən istifadə və "yaşıl" iqtisadiyyatın dəstəklənməsi sahələrində əməkdaşlığı əhatə edir.
"NEQSOL Holding dayanıqlı və məsuliyyətli biznes təcrübələrinin tətbiqinə böyük önəm verir. Günəş enerji stansiyasının tikintisi və dayanıqlı texnologiyaların tətbiqi kimi biznes layihələri ilə yanaşı, müxtəlif sosial layihələr də həyata keçiririk. Bu Memorandum ekologiya və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətimizə əsas yaradır" - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov bildirib.
NEQSOL Holding 10-dan çox ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?