Ekspert dolların hələlik 65-70 rubl diapazonunda olacağını proqnozlaşdırır
"Rusiya neftinə tavan qiymətin tətbiqi və büdcə kəsirinin yaranacağı gözləntiləri Dolların 65-70 rubl diapazonuna yüksəlməsinə səbəb olub. Məzənnə hələlik bu diapazonda qalacaq, bəlkə də yuxarı həddi bir qədər keçəcək".
Marja xəbər verir ki, bunu maliyyə analitiki Sergey Drozdov bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Çərşənbə günü rubl dollar, avro və yuan qarşısında ucuzlaşmaqda davam edib. Dollar 70,68 rubladək qalxıb.
"Dollar/Rubl məzənnəsi bütün yay 58-62 rubl diapazonunda qaldı. Bir müddət əvvəl Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, rublun kəskin zəifləməsi iqtisadiyyata zərərli idi. Lakin o son açıqlamalarında (mətbuat konfransında) neftin qiymətinə tavanın tətbiqinin rubla təzyiq riskləri yaratdığını söylədi. Bundan sonra rubl xarici valyutalara nisbətdə ucuzlaşmağa başladı", Drozdov deyib.
"Yazdan indiyə kimi olan məzənnə idxalçılar üçün "hədiyyə" idi. Lakin neftin qiymətinin yuxarı həddinin tətbiqi, qarşıda büdcə problemlərinin gözlənilməsi rublun məzənnəsini yeni diapazona keçirdi. Məzənnə hələlik 65-70 rubl diapazonunda olacaq, bəlkə də 70 rubl səviyyəsini bir qədər keçəcək", - Drozdov bildirib
Ekspert əlavə edib ki, bütün sanksiyalar və buna bənzər tədbirlər nəzərə alınsa məzənnə daha yüksək olmalı idi: "Bilmirəm, bir dollar 100 rubla çatacaqmı, heç kimi qorxutmaq istəmirəm". / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt