"Əlavə pula ehtiyac var, mayın 15-dən sonra Milli Məclisə təqdim olunacaq"
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər: "Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır".
Parlamentə mayın 15-dən sonra təqdim olunacaq
2023-cü ilin dövlət büdəcisnə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub.
Bu barədə maliyyə naziri Samir Şərifov informasiya agentliklərinə açıqlamasında məlumat verib.
O bildirib ki, qanunvericiliyə uyğun olaraq büdcəyə dəyişikliklər layihəsi may ayının 15-dən tez parlamentə təqdim olunmur: "Biz də bu təqvimə riayət edəcəyik".
© "Report" / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?