Elnur Allahverdiyev: "Özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də, vergiyə görə tərəddüddə qalırlar"
"Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalırlar".
"Biz "Mercedes", "BMW" istehsal edən ölkə deyilik, olmayacağıq"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar:
"İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi qurumları dəvət edərək sponsorların göstərdiyi maddi dəstəyin vergidən azad olunması məsələsini müzakirə edək. Heç olmasa sponsorlar gənclərin qurduğu təşkilata ödədiyi məbləğin ən azı DSMF-sini ödəməsinlər. Mövcud problem idman sahəsində də qeydə alınır. Bununla bağlı çoxsaylı müraciətlər də alırıq. Odur ki, vergilərdə hər hansı güzəştin olması arzuolunandır".
Komitə sədri Adil Əliyev də öz növbəsində bu kimi problemlərin olduğunu təsdiq edib:
"İdmançılara və gənclər üçün ödənilən məbləğə sadələşdirilmiş vergi tətbiq olunsun. Etiraf edək ki, ölkədə idmançılara və gənclərə dəstək mədəniyyəti o qədər inkişaf etməyib. Hər hansı şirkət belə bir dəstək vermək istəyirsə, təbii ki, müəyyən hallarda vergidən azad olunmağı istəyir. Qanunvericiliklə bu məsələ tənzimlənsə yaxşı olar". (Report)

Anar Əliyev: Məqsəd sahibkarı cərimələmək deyil, risklərin qarşısını almağa kömək etməkdir
EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes nədir və hansı növləri var?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt