"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həsr edilmiş tədbir keçirilib.
FED.az xəbər verir ki, İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30-dən çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.
Tədbirdə "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.
Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb. Eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra "Əmanətə Sədaqət" layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər.
Günün davamında iştirakçılar əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, İçərişəhərin tarixi və Azərbaycanın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Əmanətə Sədaqət" layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, eləcə də yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.
Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, eləcə də müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar təşkil olunub.
"Əmanətə Sədaqət" layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır. Layihənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, həmçinin onların yay tətilini maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.

Biznes     Tarix: 09 sentyabr 2026

Oxşar xəbərlər

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı

Azərbaycan  Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviq

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinq

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

İndoneziya vətəndaşı Azərbaycanda SPA mərkəzi – YARADIB

Mart ayının 16-da "Lamara SPA" MMC (VÖEN: 1407590691) dövlət qeydiyyatına alınıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin qanuni təmsilçisi İndoneziya vətəndaşı Apud İrma, nizamnam

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə


iqtisadi xeberler 1000 manatla biznes valyuta mezennesi biznes xeberleri bu gunun xeberleri