Əmək münasibətləri mövzusunda konfrans keçirilib
Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü Azər Türk Bankın dəstəyi ilə "Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçirilib.
Tədbirdə Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak ediblər.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ŞKTR-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb, ölkə başçısının növbəti onillik üçün qarşıya qoyduğu "Rəqabətli insan kapitalı" Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmini vurğulayıblar.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında KOBİA-nın təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş "AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı barədə məlumat verərək bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini qeyd edib.
ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Respublikamızda işçilərin əmək hüquqlarının müdafiəsi, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlər, Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması, ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov isə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə çıxış ediblər.
Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan "DOST Müfəttiş" layihəsi barədə təqdimat edilib.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi