"Əmim qızı ilə niyə evlənmirsən?" sözünə görə qan tökdü
Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Dünən gecə saatlarında Balakən rayonunun Qazma kənd sakini Eşqin Məmliyev çoxsaylı kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ona şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirən şəxsin həmkəndlisi Orxan Xanlayev olduğu müəyyən edilib.
Belə ki, hadisə zamanı E.Məmliyev sərxoş olub və O.Xanlayevə əmisi qızı ilə neçə ildir sevgili olduğu halda niyə toy etmədiyi barədə irad bildirib.
Bu zaman tərəflər arasında dava düşüb. Nəticədə O.Xanlayev E.Məmliyevi bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törədən şəxs qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb:
"Müvafiq ekspertizalar təyin olunub və şöbənin istintaq bölməsində araşdırma aparılır".
///Oxu.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad