"Əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr qorunacaq"
Azərbaycan investisiya üçün sabit və etibarlı məkandır.
Azərbaycan Avropa banklarından ala bilmədiyi pulu – ƏRƏBLƏRDƏN ALACAQ – İMZALANMA
FED.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
"Hər bir sərmayə üçün ən vacib şərt siyasi sabitlik və proqnozlaşdırıla bilən mühitdir. Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malikdir", - deyə o qeyd edib.
O, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrini də xatırladıb: "Dünya Bankının "Business Ready" sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Fitch" və "Moody"s" beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Üstəlik, "Moody"s"in qiymətləndirməsi müraciətsiz – yəni onların öz təşəbbüsü ilə aparılıb".
S. Şərifov əlavə edib ki, Azərbaycan nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırıb, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə edib: "Hökumət yanında Biznes Mühiti Komissiyasının sədri kimi əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr dost və əlverişli mühitdə qorunacaq. Azərbaycan körpü rolunu davam etdirəcək və biz hamınızı bu gələcəyin qurulmasında iştirak etməyə dəvət edirik". (Report)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Yatırım olmadan necə biznes qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?