Ən çox mal alıb-satdığımız ölkələr

Ən çox mal alıb-satdığımız ölkələr2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən (DSK) KONKRET.az-a verilən məlumata görə, hesabat dövründə 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən idxal olunub.
2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8239,4 milyon dollarını və ya 67,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1 faiz, real ifadədə 5,1 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4 faiz artıb. 2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollar təşkil edib.
Ölkənin ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,8 faizi Türkiyə, 9,0 faizi Rusiya, 5,3 faizi Çin, 3,9 faizi Almaniya, 3,8 faizi İsrail, 3,5 faizi İspaniya, 3,2 faizi Yunanıstan, 3,1 faizi Hindistan, 2,7 faizi Rumıniya, hər biri 2,5 faiz olmaqla Çexiya və Fransa, 2,3 faizi Gürcüstan, 1,8 faizi Türkmənistan, 1,4 faizi Avstriya, hər biri 1,1 faiz olmaqla İran və Qazaxıstan, 1,0 faizi Vyetnam, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 37,0 faizini İtaliyaya, 13,7 faizini Türkiyəyə, 5,8 faizini İsrailə, 5,1 faizini İspaniyaya, 4,8 faizini Yunanıstana, 4,1 faizini Hindistana, 3,8 faizini Rumıniyaya, 3,5 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Almaniyaya, 3,2 faizini Gürcüstana, 2,0 faizini Avstriyaya, 1,2 faizini İrlandiyaya, hər biri 1,1 faiz olmaqla Sinqapur, İndoneziya və Vyetnama, 0,9 faizini Fransaya, 0,8 faizini Portuqaliyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,3 faiz), Rusiyaya (22,0 faiz), Gürcüstana (12,0 faiz), İsveçrəyə (3,3 faiz), Qazaxıstana (3,0 faiz), Ukraynaya (2,6 faiz), Türkmənistana (2,4 faiz), İtaliyaya (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), Belçikaya (1,2 faiz), Almaniyaya (1,2 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,8 faizi Rusiya, 14,6 faizi Çin, 14,0 faizi Türkiyə, 5,5 faizi Fransa, 5,0 faizi Almaniya, 4,7 faizi Türkmənistan, 3,2 faizi İran, 2,7 faizi İtaliya, 2,6 faizi ABŞ, 2,5 faizi Qazaxıstan, hər biri 1,9 faiz olmaqla Yaponiya və Koreya, 1,8 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 14,3 faiz, meyvə və tərəvəz konservləri -76,4 faiz, meyvə və tərəvəz şirələri – 64,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,9 dəfə, marqarin, 3 qida üçün yararlı digər qarışıqlar – 2,3 faiz, polipropilen – 80,3 faiz, polietilen – 21,1 faiz, mineral gübrələr – 17,2 faiz, emal olunmamış alüminium – 0,8 faiz, pambıq ipliyi – 14,8 faiz, qara metallardan borular – 20,0 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, təzə tərəvəz – 14,5 faiz, tütün – 49,9 faiz, çay – 49,1 faiz, bitki yağları – 82,1 faiz, kartof – 4,8 faiz, pambıq lifi – 47,2 faiz, sement klinkerləri – 4,2 faiz, bentonit gili – 15,1 faiz, qara metallardan çubuqlar – 58,6 faiz, qara metallardan yarımfabrikatlar – 74,3 faiz azalıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında buğda idxalı 94,8 faiz, təzə meyvə – 1,6 faiz, xam şəkər – 2,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, unlu qənnadı məmulatları – 4,9 faiz, çay – 7,0 faiz, quş əti və onun əlavə məhsulları – 25,5 faiz, mal əti – 28,4 faiz, minik avtomobilləri – 20,9 faiz, dərman vasitələri – 16,1 faiz, polad prokatı – 2,2 dəfə, qara metallardan borular – 14,8 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 19,2 faiz, mebellər – 17,9 faiz, polietilen – 70,1 faiz, yük avtomobilləri – 35,2 faiz, qara metallardan çubuqlar – 8,1 faiz, mineral gübrələr – 40,9 faiz, paltaryuyan maşınlar – 18,3 faiz, qara metallardan künclüklər – 35,3 faiz, polipropilen – 15,3 faiz, məişət soyuducuları – 39,8 faiz artmış, bitki yağları idxalı isə 33,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,1 faiz, kartof – 7,6 faiz, təzə tərəvəz – 6,3 faiz, siqaretlər – 40,3 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, məişət kondisionerləri – 16,6 faiz, avtobuslar – 48,9 faiz, sement – 8,2 faiz azalıb.

Xəbərlər     Tarix: 12 may 2023

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin qiymeti avtomobil xeberleri dollarin kursu bu gun