Dərman qiymətləriylə bağlı yeni tariflər tətbiq edilə bilər
Tramp administrasiyası ABŞ-ın ticarət tərəfdaşlarına qarşı dərman qiymətləri ilə bağlı yeni araşdırma hazırlayır.
Biznes.az xəbər verir ki, Financial Times nəşrinin verdiyi məlumata görə, bu addım yeni tariflər üçün zəmin yaratmaq məqsədi daşıyır.
Məlumata əsasən, Tramp administrasiyası ABŞ-ın ticarət tərəfdaşlarının dərman qiymətləri siyasətini daha dərindən araşdıraraq, yeni tariflərin tətbiqinə yol aça biləcək "301-ci bölmə" üzrə araşdırma hazırlayır. Araşdırmanın məqsədi — digər ölkələrin dərmanlara ABŞ-a nisbətən daha ucuz qiymət ödəyib-ödəmədiyini qiymətləndirməkdir.
Donald Tramp dəfələrlə xaricdəki aşağı dərman qiymətlərini tənqid edib və xərcləri "bərabərləşdirməyən" ölkələrə qarşı mümkün ticarət tədbirləri görülə biləcəyi barədə siqnallar verib. O, buna misal olaraq arıqlama dərmanlarına istinad edərək deyib:
"Londonda müəyyən bir dərmanı 130 dollara alırsınız. Nyu-Yorkda eyni şey üçün 1300 dollar ödəyirsiniz."
Rand Corporation tərəfindən aparılan tədqiqat isə göstərib ki, ABŞ-da dərman qiymətləri orta hesabla digər bir çox inkişaf etmiş ölkələrə nisbətən təxminən üç dəfə yüksəkdir.
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət