OpenAI süni intellekt dəstəkli veb-brauzer Atlası təqdim etdi

OpenAI süni intellekt dəstəkli veb-brauzer Atlası təqdim etdiABŞ texnologiya şirkəti OpenAI, "ChatGPT Atlas" adını verdiyi süni intellekt dəstəkli veb-brauzerini təqdim edib.

Biznes.az xəbər verir ki, OpenAI tərəfindən yayımlanan açıqlamada bildirilib ki, Atlas, mərkəzində ChatGPT-nin yer aldığı və süni intellektlə təchiz edilmiş bir brauzer kimi dizayn olunub.

Açıqlamada qeyd olunub ki, Atlas brauzerində ChatGPT yaddaşı daxili şəkildə mövcuddur və bu sayədə əvvəlki söhbətlərdə yer alan məlumatlar və detallardan yeni tapşırıqlarda istifadə etmək mümkündür.

Bəyanatda həmçinin vurğulanıb ki, brauzer yaddaşı sayəsində ChatGPT ziyarət edilən saytlardakı konteksti yadda saxlaya və lazım gəldikdə onu geri gətirə bilir.
Açıqlamada vurğulanıb ki, brauzer yaddaşı tamamilə istifadəçinin istəyinə bağlıdır və istifadəçilər bu yaddaşı istədikləri zaman baxa, arxivləyə və ya silə bilərlər.
Bəyanatda həmçinin qeyd edilib ki, axtarış tarixçəsinin silinməsi, onunla bağlı yaddaş qeydlərinin də avtomatik şəkildə silinməsinə səbəb olur.

Məlumata görə, ChatGPT Atlas bu gündən etibarən macOS əməliyyat sistemi istifadəçiləri üçün Free, Plus, Pro və Go planlarında istifadəyə açılıb. Windows, iOS və Android əməliyyat sistemləri üçün versiyaların isə yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilib.

Açıqlamada həmçinin "agent (ajan) rejimi" adlı funksiyadan da bəhs edilib. Bu rejim istifadəçi adından araşdırma aparmaq, analiz etmək, tədbir planlaşdırmaq, görüş təyin etmək kimi tapşırıqları yerinə yetirə bilir. Bu funksiya hazırda ChatGPT Plus, Pro və Business istifadəçiləri üçün ön baxış (preview) formatında təqdim olunur.

Xəbərlər     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto