Türkiyə ilə Küveyt arasında 4 mühüm saziş bağlanıb
Türkiyə ilə Küveyt arasında 4 saziş imzalanıb.
Biznes.az xəbər verir ki, Əhməd əl-Cabir əs-Sabahın da iştirak etdiyi mərasimdə investisiya, nəqliyyat və enerji sahələrində 4 müqavilə imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Küveytdəki təmaslarını davam etdirir. Ərdoğan, ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüş keçirdiyi Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə iki ölkə arasında müxtəlif razılaşmaların imzalandığı mərasimdə iştirak edib.
Mərasimdə Türkiyə ilə Küveyt arasında "Dəniz Nəqliyyatı Sazişi" və "Gəmi Heyətləri Sertifikatlarının Qarşılıqlı Tanınmasına dair Anlaşma Memorandumu"nu Türkiyənin xarici işlər naziri Hakan Fidan və Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, daxili işlər naziri Şeyx Fəhad Yusuf Saud əs-Sabah imzalayıb.
Türkiyə ilə Küveyt arasında "Enerji Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu"nu isə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Küveytin elektrik, su və bərpa olunan enerji naziri, maliyyə nazirinin müavini, iqtisadi məsələlər və investisiyalara cavabdeh dövlət naziri Dr. Subaih Əbdüləziz Əbdülmohsen əl-Muhaizem imzalayıb.
Prezident Ərdoğana Küveyt səfərində həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat müşayiət edirlər. Prezident Ərdoğanın Küveytdəki təmaslarından sonra Qətərə keçəcəyi gözlənilir.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?