Ərdoğan: "Türkiyə peyk texnologiyası istehsalçıları siyahısında yer alıb"

Ərdoğan: "Türksat 6A" telekommunikasiya peykinin Yerin orbitinə buraxılması ilə Türkiyə peyk texnologiyası istehsalçıları siyahısına daxil olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dizaynlı ilk telekommunikasiya peykinin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyilir.
Türkiyə lideri qeyd edib ki, "Türksat 6A" peykinin istehsalı ilə idxalın əvəzlənmə səviyyəsi 81 faizi ötüb ki, bu da onun türk mütəxəssisləri tərəfindən inkişafı sayəsində mümkün olub.
Prezidentin sözlərinə görə, 2,5 il əvvəl orbitə buraxılan "Türksat 5B" peykində olduğu kimi, Türkiyə bu dəfə də "SpaceX"in "Falcon 9" reketdaşıyıcısına arxalanıb. "Ankara İlon Maskın şirkəti ilə müxtəlif sahələrdə əməkdaşlıqdan məmnundur", -deyə Ərdoğan bildirib.
Türkiyə lideri vurğulayıb ki, qarşısına qoyulan bütün maneələrə baxmayaraq, Türkiyə kosmik sektorda iştirakını genişləndirir. "Əminəm ki, biz tezliklə Milli Kosmik Proqramın daha bir mühüm məqsədinə – Türkiyənin ilk pilotlu kosmik missiyasına nail olacağıq", -deyə dövlət başçısı qeyd edib.
Prezident Ərdoğan kosmos proqramının müstəqil şəkildə həyata keçirilməsini Türkiyənin milli təhlükəsizliyinin mühüm sahəsi adlandırıb.
"Türksat 6A" peyki iyulun 9-na keçən gecə Bakı vaxtı ilə saat 03.30-da Florida ştatındakı (ABŞ) Kanaveral burnundakı kosmodromdan Yerin orbitinə buraxılıb. Rabitə peykindən ilk siqnal buraxılışdan 67 dəqiqə sonra qəbul edilib.
Çəkisi 4,2 tondan çox olan türk peykinin geostasionar orbiti 42 dərəcə şərq uzunluğundadır. "Türksat 6A"nın tam istismarı bir ildən sonra – bütün sınaq əməliyyatlarının başa çatmasının ardından başlayacaq və Türkiyə peyklərinin əhatə dairəsini 3,3 milyarddan 5 milyard nəfərə qədər genişləndirəcək. / banker.az

Xəbərlər     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

ünyanın ən zəngin idmançıları

iqtisadi xeberler iqtisadiyyat xeberleri telefonla pul qazanmaq rubl mezenne bitkoin