Ərəblər Türkiyənin iri şirkətlərini - SATIN ALIBLAR
Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri son altı ayda Türkiyədə gəmiçilik və balıqçılıq sektorlarında ciddi aktivlər əldə edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, BƏƏ-nin "E20 İnvestment" investisiya şirkəti payızda Türkiyənin aparıcı levrek və dorado istehsalçılarından biri olan və əsasən Avropa bazarında fəaliyyət göstərən "Lucky Fish" şirkətinin 70%-ni satın alıb.
Dekabrın sonunda isə BƏƏ-nin dəniz və gəmiçilik şirkəti olan "Gulf Navigation Holding" (GULFNAV) Türkiyənin "Polimar" gəmiçilik şirkətinin bütün səhmlərini almaq üçün müqavilə bağlayıb. Bu şirkət limanlarda, boğazlarda dəniz gəmilərinə xidmət göstərmək üçün geniş xidmətlər təklif edir və beynəlxalq logistika təmin edir.
GULFNAV əvvəllər şirkətin aktivlərinin 60%-nə sahib idi və dekabrın sonunda qalan 40%-ni almaq üçün müqavilə bağladı. Əmirlik holdinqi üçün bu satınalma, dəniz agenti biznesini genişləndirməklə və inteqrasiya olunmuş logistik həllər portfelini gücləndirməklə şirkətin gələcək illərdə böyüməsinə töhfə verəcək strateji investisiyadır.
Mətbuat xatırladır ki, 18 il əvvəl dünyanın ən böyük liman operatorlarından biri olan Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti Türkiyənin Kocaeli vilayətində torpaq alıb və Yarımca limanını tikib, hazırda bu liman mühüm regional ticarət mərkəzinə çevrilib. Lakin o vaxtdan bəri BƏƏ Türkiyədəki gəmiçilik və gəmilərə xidmət aktivlərini artırmaq üçün heç bir əhəmiyyətli addım atmayıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?