Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardaryan Qarabağa niyə köçür? - TƏHLİL

Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardaryan Qarabağa niyə köçür? - TƏHLİLErməni əsilli Rusiya vətəndaşı, milyader Ruben Vardaryan Qarabağa köçəcəyini bəyan edib. Onun Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşı kimi Qarabağa köç etməsi ilə bağlı verdiyi qərar kifayət qədər ciddi və düşündürücü hadisədir.
Bu, narahatedici məsələdir, amma Azərbaycanın Qarabağla bağlı diplomatik cəbhədəki hücum taktikası öz bəhrəsini verir. Ermənilərin Laçından tamamilə çıxarılması, Qarabağda erməni silahlı birləşmələrinin qalmayacağı ilə bağlı qərarların verilməsi və Qarabağın beynəlxalq platformalarda müakirə predmetinə çevrilməməsindən sonra belə bir addımın atılması xüsusilə diqqət çəkir.
R.Vardaryan Kremldə çox dərin münasibətlərə malikdir, erməni diasporasının əsas sütunlarından hesab olunan bu adamın Rusiya siyasi və yüksək hərbi elitası ilə ciddi münasibətləri var.
Heç şübhəsiz ki, R.Vardaryanın Rusiya vətəndaşlığından imtina etməsi fərdi təşəbbüs deyil. Bu, Kremlin Qarabağ ətrafında baş verən proseslərlə bağlı növbəti taktiki addımı kimi qiymətləndirilməlidir. Bəs Rusiya bununla nəyə nail olmaq istəyir, məqsəd nə ola bilər?
Rusiya R.Vardaryanı Qarabağa göndərməklə bir neçə bəndddən ibarət olan planını həyata keçirmək niyyətindədir.
Ən ciddi məqamlardan biri odur ki, Paşinyan Qərbyönümlüdür, R.Vardaryan isə Rusiyayönümlü... Bu o deməkdir ki, bu adam Qarabağda Rusiyanın adamı kimi ənənəvi erməni revanşizminin əsas oyunçusu kimi Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına ciddi zərbə vura bilər. Hər iki fiqurun kimliyi və tutduğu mövqe ciddi ziddiyyət yaradır. Qarabağ ətrafında çox böyük ziddiyyət yaratmaq üçün atılan bu addım rəsmi Bakı üçün siqnal olmalıdır.
Digər tərəfdən, biz Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığı alacağı ilə bağlı bəyanatlar verir, siyasi iradə nümayiş etdiririk. O zaman sual olunur, bizim bu istiqamətdəki bəyanatlarımız nə dərəcədə reallığa uyğundur ki, milyarder Qarabağa köç edərək belə bir riski də gözə alıb?
Həmçinin, R.Vardaryan Qarabağı müxtəlif ölkələrdə yaşayan erməni əsilli iş adamları üçün "cəlbedici" zonaya çevirmək niyyətini güdür. O, bununla ermənilərin Qarabağa kütləvi axınını və ora sərmayələrin yatırılmasını təmin etməyə çalışacaq.
ABŞ Azərbaycan-Ermənistan arasındakı danışıqları, Qarabağ ətrafında baş verən prosesləri ciddi şəkildə nəzarətdə saxlayır. Vaşinqton bu istiqamətdə bütün işlərini də Avropa İttifaqı vasitəsilə həyata keçirir. Azərbaycan və Ermənistan prezidentlərinin Brüssel görüşü ABŞ-ın region üçün açdığı pozitiv platformalardan biridir. ABŞ hazırkı mərhələdə Cənubi Qafqazda stabilliyin təmin edilməsinin tərəfdarıdır.
Hazırkı situasiyada Rusiyaya da Cənubi Qafqazda stabilliyin təmin edilməsi lazımdır. Ciddi sanksiyalarla üz-üzə qalan, Ukraynada aparılan müharibə nəticəsində bütün enerejisini ora yönəldən Rusiya üçün Cənubi Qafqazda hansısa alovlanma arzuolunan hal hesab oluna bilməz. Amma proseslərin təhlili göstərir ki, Rusiya Qarabağla bağlı ciddi bəndləri özündə nümayiş etdirən mərhələləri plan hazırlayıb.
Azərbaycanın Rusiya ilə strateji münasibətləri - siyasi, iqtisadi və humanitar əlaqələri ən yüksək səviyyədədir. Laçının ermənilərdən boşaldılmasında Rusiyanın gedişləri də təqdir olunmalıdır. Amma bütün bunlar Rusiyanın Azərbaycana qarşı strateji və davamlı səmmiyyətinin ifadəsi hesab ola bilməz.
R.Vardaryanın Qarabağ köç etməsindən sonra Rusiyanın növbəti addımı nə ola bilər?
Bu istiqamətdə ciddi düşünməliyik. Son 10 ildə Rusiya Cənubi Qafqazda "milyarderlər projesi"ndən taktiki şəkildə bir neçə dəfə istifadə edib. Əgər Qərbyönümlü Paşinyanın qondarma rejimin rəhbəri Arayik Arutyunyanı uzaqlaşdırmaq iradəsi reallaşacaqsa, o zaman Kremlin əsas adamlarından biri kimi R.Vardaryan önə çəkilə bilər.
Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycanla pozitiv münasibətlərin qurulması onların xeyirinədir, amma hər iki ölkə arasındakı problemlərin həllindən narahat olan qonşularımız var. Yaxın gələcəkdə gözlənilməz və maraqlı proseslərin şahidi olacağıq. Şübhəsiz ki, rəsmi Bakının atdığı addımlar, xüsusilə hücum taktikasını seçməsi ümidvericidir.
 Samir Feyruzov 

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari kicik biznes dollar kursu