Erməni iranşünasdan sərsəm bəyanat: "İran nəyin bahasına olursa olsun, "qondarma" dəhlizə qarşı çıxacaq"
"İran prezidenti İbrahim Rəisinin bəyanatı Ermənistan-İran sərhədinin bağlanması cəhdlərinin yolverilməzliyi və konkret olaraq Türkiyə və Azərbaycanın təklif etdiyi qondarma "dəhliz" ideyasını nəzərdə tutur".
KONKRET.azxəbər verir ki, bu sözləri İran məsələləri üzrə erməni ekspert Emma Beqicanyan "Armenpress" ajansına müsahibəsində xatırladıb ki, Rəisinin açıqlaması açıq şəkildə Türkiyə və Azərbaycana yönəlib.
"Mən belə başa düşürəm ki, İran prezidenti sərhədlərin dəyişdirilməsini, yəni "dəhliz" ideyasını ölkəsinin qırmızı xətti hesab edir və iranlılar nəyin bahasına olursa olsun buna qarşı çıxırlar. Bu o deməkdir ki, İran hərbi müdaxiləni belə istisna etməyəcək. Laçın dəhlizi köçürülsə belə, təbii ki, bu, İran üçün əlverişsizdir, amma müdaxilə etməyib. Ancaq Ermənistana təzyiq edilərsə, müdaxilə edəcək",- deyə o bildirib.
Ekspertin iddiasına görə, bundan başqa, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsi yaratmaq istədiyi "qondarma" dəhliz indi Azərbaycan prezidenti Əliyevdən daha çox Türkiyə prezidenti Ərdoğana lazımdır.
Çünki 2023-cü ildə prezident və parlament seçkiləri keçiriləcək və Ərdoğan demək olar ki, indidən uduzub. Və bu dəhliz Ərdoğanın neo-osmançılıq və pantürkist vəsvəsəsinin türklərin millətçi hissləri ilə oynayaraq onlara "300 milyon türkü bu yolla bir araya gətirəcəklərini" vəd edərək səs qazana biləcəyi bir kartdır.
Sitat: "İranın Türkiyə və Azərbaycan ərazisindən də keçən yolu var, lakin bu, Tehran üçün etibarlı deyil və İranın Gürcüstan, Rusiya və Avropaya çıxış üçün alternativ yollara ehtiyacı var. Bu baxımdan Ermənistan "dost ölkə və etibarlı tərəfdaş" kimi İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir".
Natiq Səlim,
KONKRET.az

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bitcoin nədir?
Dünyanın ən bahalı restoranları
Bill Qeyts kimdir?