Esk-deputatla Diana Əhədpur arasında əlbəyaxa dava: 'Çıxın ölkənizə gedin!' - VİDEO
Türkiyədə CHP-nin eks-deputatı ilə azərbaycanlı model arasında dava olub.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrumda yerləşən "Mandarin Oriental" hoteldə CHP-nin eks-deputatı Aydın Ayaydın və azərbaycanlı model, Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.
Belə ki, münaqişəyə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb.
Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: "Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?"
Bundan sonra Ayaydın modelə hücum çəkərək onu təhqir edib: "Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş...lər".
Ayaydın insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.
Qeyd edək ki, azərbaycanlı model Diana Ahadpur Azərbaycanda tanınan şəxslərdən biridir. Onun həyat yoldaşının Azərbaycanda və Dubayda sərmayələri olan iş adamı olduğu, özünün isə öncələr model kimi fəaliyyət göstərdiyi bilinir.
Ayşən Mirzəyeva



AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
"Freelance" nədir?