Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib®Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq olub.
Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı donor olmaq istəyən əməkdaşlar əvvəlcə tibbi yoxlamadan keçirilib, həkimlərin rəyinə əsasən sağlamlıq göstəriciləri uyğun hesab edilən şəxslərdən qan götürülüb.
Təşəbbüsə Bankın rəhbər heyəti və Baş ofis əməkdaşları ilə yanaşı paytaxt filiallarının əməkdaşları da qoşulub.
Qeyd edək ki, qanvermə aksiyaları artıq uzun illərdir, Expressbankın korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Bank gələcək dövrdə də cəmiyyət üçün faydalı sosial layihələrin həyata keçirilməsini planlaşdırır.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin! / banker.az

Banklar     Tarix: 08 may 2026

Oxşar xəbərlər

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu

Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb

"Bank Respublika" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) 50 milyon 285 min manat xalis mənfəətlə başa vurub. Bankın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 118 min manat v

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy


iqtisadi xeberler iqtisadiyyat xeberleri pul qazanmaq bitcoin qiymeti bitcoin