EY Azərbaycan 2023-cü il "EY İlin İş Adamı" müsabiqəsinin - QALİBİNİ ELAN ETDİ

EY Azərbaycan 2023-cü il EY ölkənin ən qabaqcıl və əzmkar sahibkarlarını mükafatlandırır.
"EY Azərbaycan" şirkəti böyük məmnuniyyətlə "EY İlin İş Adamı" mükafatının qalibini elan etdi. Bu mötəbər müsabiqə Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirilir.
Azərbaycan Respublikasının Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB və bp sponsor dəstəyi göstərmişdir. Veysəloğlu Şirkətlər Qrupu da həmçinin müsabiqəyə maliyyə dəstəyi vermişdir. EKVITA konsaltinq şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) müsabiqənin tərəfdaşları sırasındadır.
Müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 güclü namizəd arasından seçilib.
Qalibin adı 16 fevral tarixində təntənəli mükafatlandırma mərasimində açıqlanıb.  
"EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: "Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə öz təsirini göstərib. "EY"ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər."
"EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan  "EY İlin İş Adamı 2023" müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur" – deyə o, əlavə edib.
İştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, "İnnovasiya" nominasiyasında "Pickvisa" şirkətinin təsisçisi Baba Ağayev, "Sosial təsir" nominasiyasında "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə, "Regional inkişaf" nominasiyasında isə "Savalan ASPI Winery"nin rəhbəri Fuad Seyidəliyev təltif olundular.
Bu ilki müsabiqənin qalibi isə Simbrella şirkətin baş direktoru və təsisçisidir Seymur Məmmədov oldu. O, Azərbaycanı "Dünya Üzrə İlin İş Adamı" müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq.
Qalibin adı açıqlandıqdan sonra Seymur Məmmədov fikirləri ilə bölüşüb: "İştirakçılarla tanış olanda mən başa düşdüm ki, hər kəs qalib olmağa layiqdir. Onlarla birlikdə finalda iştirak etmək artıq mənim üçün bir şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurduyurucudur."
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın artıq dördüncü ildir ki,  "EY İlin İş Adamı" müsabiqəsinə dəstək verdiyini diqqətə çatdırıb: "Bu müsabiqə yenilikçi iş adamlarımızı cəmiyyətimizə tanıdır, sağlam rəqabət mühiti yaradır, sahibkarlarımızı ruhlandırır ki, həmişə ən yaxşı olmaq uğrunda çalışsınlar. Bütün bunlar ölkəmizin biznes mühitinə mühüm töhfələrdir. "EY Azərbaycan" şirkəti bu müsabiqəni Azərbaycana gətirməklə çox gözəl bir ənənənin əsasını qoydu. Müsabiqənin niyyəti ABB olaraq bizim korporativ dəyərlərimizlə, sosial məsuliyyət prinsiplərimizlə tam üst-üstə düşür. Ona görə "EY İlin İş Adamı" müsabiqəsinə dəstək veririk və ölkəmizdə belə bir faydalı ənənənin formalaşmasında yaxından iştirakımızla qürur duyuruq".
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-presidenti cənab Bəxtiyar Aslanbəyli deyib: "Biz "EY İlin İş Adamı" müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki o, sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. Bu məqsəd bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəldilmiş səyləri ilə üst-üstə düşür."
"Sahibkarlar arasında müxtəlif müsabiqələrin keçirilməsi onları sağlam rəqabətə təşviq edir. Bu səbəbdən belə müsabiqələrin təşkili və keçirilməsinə dəstək göstərilməsi KOBİA-nın diqqətindədir. Azərbaycanda artıq 4-cü dəfədir keçirilən "EY İlin İş Adamı" müsabiqəsində KOBİA strateji tərəfdaşıdır. Sevindirici haldır ki, müsabiqəyə qatılan mikro və kiçik sahibkarların sayı ildən-ilə artır. Əvvəlki illərin qalibləri də məhz kiçik sahibkarlar olub. Qaliblər arasında qadın sahibkarların olması bizi sevindirir, bu ölkəmizdə qadın sahibkarlığın təşviqi baxımından əhəmiyyətlidir. Builki müsabiqənin qaliblərinə bizneslərində uğurlar arzu edirik" – deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov müsabiqə barəsində fikirlərini bölüşüb.
EKVITA şirkətinin baş direktoru İlqar Mehti bildirib: "EKVITA ilk gündən "EY İlin İş Adamı" müsabiqəsi ilə tərəfdaşlıq edir. Şirkətimiz ölkə xaricinə çıxan ilk yerli konsaltinq şirkəti olmaqla həm ölkəmizdə, həm də ölkə xaricində layihələr icra edir. Qazandığımız geniş təcrübəni digər yerli iş adamları ilə bölüşmək, həmçinin onların bu kimi beynəlxalq müsabiqələrlə tanınmasına dəstək olmaqdan qürur duyuruq. Bu gözəl missiyanın yerinə yetirilməsində yaradılan şəraitə görə "EY Azərbaycan" şirkəti və onun rəhbərliyinə şəxsən öz təşəkkürümü bildirirəm."
"EY İlin İş Adamı" müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı" müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır. / fed.az

Biznes     Tarix: 27 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri