FED ABŞ-da inflyasiyanın artması risklərini müəyyən edib
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) ABŞ-da inflyasiyanın yüksəlməsi risklərini tənzimləyir və buna görə də baza faiz dərəcəsini artırmağa davam etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bunu FED-in açıq bazar üzrə komitəsinin iyulun 25-26-da keçirilmiş iclasının yayılmış hesabatında bildirilir.
"İnflyasiya komitənin uzunmüddətli hədəfindən [2%-lik] hələ də xeyli yuxarıdır. Komitənin iştirakçılar pul siyasətinin daha da sərtləşdirilməsini tələb edə biləcək yüksək inflyasiyanın əhəmiyyətli risklərini görməkdə davam edirlər", - hesabatda deyilir.
FED hesab edir ki, mövcud şərtlər dəyişməzsə, o zaman uçot dərəcəsinin artırılması davam etdirilməli olacaq. İclas iştirakçılarının əksəriyyəti inflyasiya ilə mübarizənin hələ bitmədiyindən və əlavə tədbirlər tələb edə biləcəyindən narahatdır.
İclasda iştirak edənlər inflyasiyanın "qəbuledilməz dərəcədə yüksək" olması ilə razılaşsalar da, "inflyasiya təzyiqlərinin azala biləcəyinə dair bir sıra şərti əlamətləri" də qeyd etdilər. "Demək olar ki, bütün" komitə üzvləri, o cümlədən səsvermə hüququna malik olmayan üzvlər uçot dərəcəsinin artırılmasının tərəfdarı olublar. Bununla belə, bunun əleyhinə çıxış edənlər vurğulayıblar ki, komitə sentyabrda uçot dərəcəsini artırmaya və əvvəlki artımların ölkədəki iqtisadi şəraitə necə təsir etdiyini müşahidə edə bilər.
"İclas iştirakçıları ümumilikdə pul siyasətinin əvvəlki sərtləşdirilməsinin iqtisadiyyata kumulyativ təsiri ilə bağlı yüksək qeyri-müəyyənlik dərəcəsini qeyd ediblər", - sənəddə deyilir.
İyul ayı iclasında FED faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 5,25-5,5% aralığına çatdırıb. ABŞ-da istehlak qiymətləri iyulda illik müqayisədə 3,2% artıb, bir ay əvvəl bu rəqəm 3% olub. Beləliklə, ABŞ-da illik müqayisədə inflyasiya 2022-ci ilin iyun ayından bu yana ilk dəfə sürətlənib. O vaxtdan iyun ayınadək bu rəqəm azalmışdı. FED sədri Jerome Powell, iyul iclasından sonra keçirilən mətbuat konfransında, sentyabr ayında faizin artırılması ehtimalı olduğunu və 2023-cü ildə endirilməsi ehtimalını istisna edib.
O, həmçinin vurğulayıb ki, FED mütəxəssisləri milli iqtisadiyyatın vəziyyətinin yeni göstəricilərini nəzərə alaraq ABŞ-da daha mülayim resessiya proqnozlaşdırmırlar. Belə ki, çərşənbə günü dərc olunan protokola əsasən, ABŞ iqtisadiyyatının artımında yavaşlama və işsizlik nisbətində bir qədər artım gözlənilir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?