FED çətin faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) maraqla gözlənilən və qəbul edilməsi çox çətin olduğu bildirilən faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,25 faiz bəndi də artıraraq 4,75% -5% aralığına qaldırdı. Bu, 2007-ci ildən bəri ən yüksək səviyyədir. FED-in 0,25 bəndlik faiz artıracağı bazarlarda 80% olaraq qiymətləndirilirdi.
FED-in iclası qeyri-müəyyənliklər kölgəsində dünən axşam başlamışdı. Fed-in son bank böhranı və davamlı yüksək inflyasiya problemlərindən hansına üstünlük verəcəyi böyük maraqla gözlənilirdi. Bir çox iqtisadçı faizlərdə 0,25 faiz bəndi artım gözləsə də, bəziləri maliyyə sabitliyini dəstəkləmək üçün artımların dayandırılmasının lazım olduğu qənaətində idilər.
Son 2 həftədə ABŞ-ın 3 bankının müflis olması və UBS-in problemli Credit Suisse-i alması səbəbindən investorların və iqtisadçıların faizlərin artırılması sürəti barədə gözləntilərini azalmış, 0,50 faiz bəndindən 0,25 faiz bəndinə düşmüşdü.
"Barclays"ın iqtisadçısı Jonathan Millar demişdi: "FED üçün inflyasiyanın cilovlanması, yoxsa maliyyə sabitliyi risklərinin azaldılması dilemması bu iclasda qərar qəbulunu çətinləşdirir".
Bloomberg-in iqtisadçısı Anna Vonq bildirmişdi: "Faizlərin artırılmasının dayandırılması FED-in bank sisteminə və iqtisadiyyatın dayanıqlığına güvənmədiyi mesajını verə bilər. Digər tərəfdən, FED faiz dərəcələrini artırmaqda davam edərsə, bu sektorda stressi artıra və investorları daha da qorxuda bilər".
"Goldman Sachs" qrupun iqtisadçıları Manuel Abecasis və Tim Krupa FED-in tarixini şərh edərək qeyd etmişdilər: "Tarixi məlumatlar göstərir ki, FED maliyyə gərginliyi dövründə sərt pul siyasətini (faiz artırmağı) davam etdirməyə deyil, problemin həllini gözləməyə üstünlük verir".

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?