FED pul siyasətini sərtləşdirməyə davam edəcək
Federal Ehtiyatlar Sisteminin rəhbərliyi ABŞ iqtisadiyyatı üçün risklərə baxmayaraq, pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) siyasətini davam etdirmək niyyətindədir.
Marja xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü dərc olunan protokollarından belə çıxır.
Dekabr iclasının protokolunda deyilir: "Komitənin üzvləri ümumi olaraq razılaşdılar ki, inflyasiya 2 faizə yaxınlaşdığı halda, məhdudlaşdırıcı siyasətin uzun müddət saxlanılması risklərin idarə edilməsi baxımından məqbuldur".
FED inflyasiyanın "2%-ə qayıdacağını" gözləyir. Eyni zamanda, iclas zamanı bir sıra FOMC üzvləri pul siyasətinin "daimi" sərtləşdirilməsinə dair xəbərdarlıq ediblər.
"İştirakçılar ümumiyyətlə qeyd etdilər ki, komitənin gələcək siyasət qərarları daxil olan məlumatlar nəzərə alınmaqla qəbul ediləcək və Komitə iclasdan-iclas əsasında qərarlar qəbul etməyə davam edəcək", - Protokollarda bildirilir.
Dekabr iclasının nəticəsi olaraq ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdırmaq qərarına gəlib. FED rəhbəri Cerom Pauel daha sonra bildirib ki, monetar tənzimləyici inflyasiyanın azalması sabit və dayanıqlı olduğu ortaya çıxana qədər baza faiz dərəcəsinin yüksək səviyyədə saxlanmasını məqsədəuyğun hesab edir. Əvvəllər FED dərəcəsini bir neçə dəfə 75 baza bəndi artırıb, lakin ABŞ-da inflyasiyanın yavaşlaması fonunda daha mötədil tədbirlərə keçib.
Fed-in faiz dərəcəsinin 5,4%-ə çatacağı gözlənilir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?