FED rəsmiləri: Faizin artırılması davam edəcək
ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) iki rəsmisi bazar ertəsi öz açıqlamalarında faizlərin 5 faizdən yuxarı qaldırılmalı və daha sonra bir müddət eyni səviyyədə saxlanmasının lazım ola biləcəyini söyləyiblər.
Marja.az xəbər verir ki, FED-in Atlanta şöbəsinin sədri Raphael Bostic, FED-in inflyasiyanı azaltmaqda qərarlı olduğunu və bunun iqtisadiyyatdakı izafi tələbi aradan qaldırmaq üçün faiz dərəcələrini 5,25 faizə yüksəltməyi tələb edəcəyini deyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Dekabrda 50 baza bəndi artımından sonra FED-in faiz dərəcəsi 4,25%-4,50% intervalındadır.
Gələn cümə axşamı açıqlanacaq ABŞ-da dekabr ayı istehlak inflyasiyası məlumatlarına işarə edən Bostic, əgər bu məlumatların - əmək haqqı artımlarının yavaşladığını nəzərə alınsa - qiymət təzyiqlərinin "soyuduğuna" işarə edərsə, faizin artırılması sürətinin 25 baza bəndinə endirilməsinin müzakirə oluna biləcəyini deyib.
ABŞ-da istehlak qiymətlərinin dekabr ayında aylıq 0,1 faiz azaldığı və illik 6,5 faiz artdığı təxmin edilir.
WSJ-yə danışan FED-in San Francisco şöbəsinin sədri Mary Daly də faizləri 5 faizin üzərinə qaldıracaqlarını proqnozlaşdırsa da, yekun səviyyə ilə bağlı bir rəqəm deməyib.
Bostic və Daly bu il FED qərarları ilə bağlı səsvermə hüququna malik deyillər.
Digər tərəfdən UBS-in Qlobal Baş İqtisadçısı Arend Kapteyn FED-in iyul ayında faiz endirimlərinə başlayacağını proqnozlaşdırıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?