Fed sədrinin çıxışı ən varlı amerikalıların - 78 MİLYARD DOLLARINI SİLDİ

Fed sədrinin çıxışı ən varlı amerikalıların - 78 MİLYARD DOLLARINI SİLDİABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauellin (Jerome Powell) cəmi 8 dəqiqə davam edən çıxışı Amerikanın ən zəngin insanlarının sərvətindən 78 milyard dolları silən bir bazar çöküşü yaradıb.
FED.az Bloomberg Milyarderlər İndeksinə istinadən xəbər verir ki, çıxışdan sonra satış dalğası nəticəsində İlon Maskın sərvətindən 5,5 milyard dollar silinib. Ən böyük itki isə 6,8 milyard dollarla Ceff Bezosun olub. Bill Qeyts və Uorren Baffetin sərvəti isə müvafiq olaraq 2,2 milyard və 2,7 milyard dollar azalıb. Sergey Brin sərvəti 100 milyard dollardan aşağı düşüb.
Powell Jackson Hole simpoziumunda etdiyi çıxışında FED-in faiz artıracağını və müəyyən müddət ərzində yüksək faiz tətbiq edəcəklərini bildirib. Beləliklə Pauell, səhmlərin sonuncu dəfə bahalşmasına səbəbi olan "Fed-in 2023-cü ilin əvvəlində faiz dərəcələrini aşağı salacağına dair gözləntiləri" təkzib edib.
S&P 500 cümə günü 3,4 faiz düşüb. Microsoft, Amazon, Tesla və Alphabet kimi texnologiya şirkətlərinin səhmlərinin ticarət olunduğu Nasdaq 100, cümə günü 4 faizdən çox dəyər itirib.
Bu il az sayda milyarder sərvətini artıra bilib. 2022-ci ilin birinci yarısında dünyanın ən varlı 500 adamının sərvətindən 1,4 trilyon dollar silinib. Bununla belə, itkilərin bir hissəsi ABŞ səhmlərində iyul ayında baş verən "ralli" ilə kompensasiya edilib. (Marja)

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin


iqtisadi xeberler kripto bitkoin almaq biznes krediti leobank kart