Fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı
(®) Birbank Biznes hər zaman fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir.
Belə ki, Birbank Biznes mobil tətbiqinə əlavə edilən yeni funksiya sayəsində fərdi sahibkarlar artıq bank filiallarına getmədən və veb sayt üzərindən qeydiyyatdan keçmədən mobil tətbiq vasitəsilə onlayn hesab aça bilərlər.
Bunun üçün Birbank Biznes mobil tətbiqini yüklədikdən sonra "müştəri ol" düyməsinə keçid edərək şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, "Asan İmza" ilə müqavilə imzalayaraq və video üz tanıma prosedurlarını tamamlayaraq ortalama 3 dəqiqə müddətində hesab açmaq mümkündür.
Vaxt itirmədən linkinə keçid edərək Birbank Biznes mobil tətbiqini yükləyə və sahibkar hesabı aça bilərsiniz.
Qeyd edək ki, Birbank Biznes mobil tətbiqində biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Onlayn biznes hesablarının açılması
- Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
- Nağdsız valyuta mübadiləsi
- Biznes krediti üzrə müraciətlərin edilməsi
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Mobil POS sifarişi və əməliyyatların qəbulu
- Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- Əməkhaqqı kartlarına mədaxil
- POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Kliklə ödə xidməti
- Süni intellekt əsaslı "Çat" sorğu xidməti
- HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
- Sərəncamlara nəzarət və s.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / marja.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Ən bahalı otellər hansılardır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası