"Finex Kredit" BOKT ASC-nin - SƏHMDARLARI TOPLANIR

Müşahidə Şurasının 31.10.2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 01 dekabr 2023-cü il tarixində, saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən "Finex Kredit" BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.
"İmprotex Group"un şirkətlərindən biri ləğv olunur
FED.az xəbər verir ki, səhmdarların Növbədənkənar Ümumi Yığıncağı 01 dekabr 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən "Finex Kredit" BOKT ASC-nin Baş ofisində keçiriləcəkdir. 
Ümumi Yığıncağın gündəliyində müzakirəyə çıxarılmalı olan məsələlər barədə səhmdarlara göndərilmiş məktuba cavab olaraq Səhmdar Azad Cəbrayılov gündəliyə aşağıda qeyd edilən məsələrin əlavə edilməsini təklif etmişdir. Həmin məsələləri diqqətinizə çatdırırıq.
1.      Nizamnaməyə dəyişiklik; 
2.      Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması;
3.      Əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə;
4.      İdarə Heyətinin formalaşdırılması.
5.      Digər məsələlələr.
Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Səhmdarların tələbi ilə ümumi yığıncağın gündəliyində dəyişikliklər edilməsi Nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdar (səhmdarlar) öz məqsədini və dəlillərini göstərməklə bu və ya digər məsələnin səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 10 gün qalanadək onun gündəliyinə salınmasını, tələb edə bilər. 
Həmin Qanunun 16.2-ci maddəsinə əsasən   İdarə heyəti səhmdarın (səhmdarların) tələb etdiyi məsələni ümumi yığıncağın gündəliyinə daxil etməli və bu barədə yığıncağın başlanmasına ən geci bir həftə qalmış səhmdarlara məlumat verməlidir.
Həmin Qanunun 16.3-cü maddəsinə əsasən İdarə heyəti bu maddənin 2-ci bəndində göstərilən öhdəliyi yerinə yetirmədikdə səhmdarların tələb etdiyi məsələ 3 gün ərzində müşahidə şurası tərəfindən ümumi yığıncağın gündəliyinə salınır. 
Həmin Qanunun 13.2-ci maddəsinə əsasən İdarə heyəti nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına azı bir həftə qalmış iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında səhmdarın tələbi ilə ona lazım olan məlumatları verməyə borcludur. 
Göstərilənlərə əsasən gündəliklə və iclasın keçirilməsi ilə bağlı hər hansı təklifiniz olarsa və ya iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında məlumatlarla tanış olmaq üçün şirkətin Baş ofisinə müraciət etmək xahiş olunur.

Biznes     Tarix: 24 noyabr 2023

Oxşar xəbərlər

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Ukrayna Rusiyanın zəif yerini tapıb – İNDİ DƏ "OZON"U VURDU 

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən "Ozon" marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukraynanı

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I


iqtisadi xeberler depozit faizleri biznes ideyalari investisiya biznes qurmaq