"Fitch" SOCAR-ın hasilatında artım tempini proqnozlaşdırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 2023-2025-ci illərdə təbii qaz hasilatının artması fonunda 0.5 faiz səviyyəsində artacaq.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarında deyilir.
"SOCAR-ın 2022-ci ildə neft və qaz hasilatı gündəlik 284 min barel olmaqla bütünlükdə stabil səviyyədə qalıb. Bu, Azərbaycanda neft hasilatının 6 faiz azalması və qaz hasilatının 7 faiz azalması fonunda baş verir. Azərbaycanda neft hasilatı tarixən azalıb və vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyini gözləmirik. SOCAR-ın hasilatının 2023-2025-ci illərdə təbii qaz hasilatının artması fonunda hər il 0.5 faiz artacağını ehtimal edirik", – deyə reytinq agentliyindən bildiriblər.
Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.
Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
IBAN nədir?
Startup nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?
1000 manatla hansı biznesi qurmaq olar?