"Fitch": Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir
Türkmənistan qazını Avropa bazarına çıxara biləcək Transxəzər qaz boru kəməri layihəsi öz inkişaf yolunda ciddi maneələrlə üzləşir.
2021-ci ilin yanvarında Aşqabad və Bakı "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunu imzalayıb. İmzalanma Aşqabadın Avropa bazarlarına çıxmasına və Çindən asılılığı azaltmağa imkan verəcək potensial transxəzər boru kəməri haqqında söhbətləri yenidən alovlandırıb.
"Lakin belə bir kəmər öz inkişaf yolunda ciddi maneələrlə üzləşir", – məlumatda bildirilir.
Vurğulanır ki, qarışıq tələb proqnozu və digər tədarük mənbələri tərəfindən (əsasən Rusiya qazı və LNG) güclü rəqabət nəzərə alınmaqla, Avropa bazarına etibar problemli ola bilər.
Bundan əlavə, layihə çox kapital tutumlu olacaq və onu dəstəkləmək üçün böyük uzunmüddətli alıcı bazası tələb olunacaq.
"Belə alıcıları tapmaq problemli ola bilər, çünki Aİ öz enerji balansını karbonsuzlaşdırmaq səylərini sürətləndirirvə bölgədə karbonun qiyməti artmaqda davam edir", – məlumatda qeyd olunur. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Françayzinq nədir və necə olur?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?
İlon Mask kimdir?