Fond birjalarında mənfi tendensiya yaşanır - GÜNƏ BAXIŞ

Fond birjalarında mənfi tendensiya yaşanır - GÜNƏ BAXIŞCari həftənin ilk günü ABŞ sessiyasındakı fasilədən istifadə edərək bahalaşan major valyutalar sonrakı günlərdə dollar qarşısında kəskin ucuzlaşmaları ilə diqqət çəkirlər. Lakin sürətlə dəyər itirən major valyutalarda hazırda divergensiyalar müşahidə olunur. Bu da dolların korrektiv olaraq ucuzlaşacağı ehtimalları yaradır.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) hələ uzun müddət faiz dərəcələrini yüksək hədlərdə sabit saxlayacağına dair narahatlıqların artması fonunda fond birjalarında mənfi tendensiya yaşanır.
Makroiqtisadi məlumatlara gəldikdə isə ABŞ-da xarici ticarət kəsiri iyulda aylıq müqatyisədə 2% artaraq 65 milyard dollara çatıb. İyulda ölkənin ixracı 1.6% artaraq 251.7 milyard dollar olduğu halda, idxalı 1.7 faiz artaraq 316.7 milyard dollar olub.
Ölkədə ipoteka (mənzil krediti) müraciətləri isə ipoteka faizlərinin azalmasına baxmayaraq, keçən həftə 1996-cı ilin dekabrından bu yana qeydə alınan ən aşağı səviyyəyə düşüb.
ABŞ-da Satınalma İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) avqust ayında xidmət sənayesində səkkizinci ay ardıcıl artıma işarə edərək, proqnozların üstündə, 54.5 bənd olaraq açıqlanıb.
Digər tərəfdən, FED ölkədə iqtisadi fəaliyyətin hazırkı vəziyyəti ilə bağlı qiymətləndirmələrin yer aldığı "Bej Kitab" hesabatını dərc edib. Hesabatda qeyd olunub ki, iyul və avqust aylarında iqtisadi artım "mülayim" olub və ölkə üzrə məşğulluq artımı yavaşlayıb.
Analitiklər ABŞ-da 2 illik xəzinə istiqrazlarının gəlirliliyinin 5% səviyyəsindən yuxarı olduğunu və artan xəzinə gəlirlərinin riskli aktivlər üzərində təzyiq yaratmağa davam etdiyini bildiriblər.
Xəzinə gəlirlərindəki artımın ehtimalların üzərində olan iqtisadi məlumatlarla üst-üstə düşdüyünü qeyd edən analitiklər, xidmət sektoru ilə bağlı güclü məlumatların da faiz dərəcələrinin daha da artırılması ehtimalı ilə bağlı narahatlıqları artırdığını bildiriblər.
Analitiklər ABŞ iqtisadiyyatının həm istehsal, həm də qeyri-istehsal sektorları üzrə son məlumatların qiymətlərin "səhv istiqamətdə" getdiyini göstərdiyini bildiriblər.
Son 3 ayın minimumlarına qədər geriləyən EUR/USD və GBP/USD məzənnələrindı eniş tendensiyası divergensiya ilə müşayət olunur. Bu da bu cütlüklərdə korrektiv artımların yaşanacağı ehtimallarını gücləndirir. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda müvafiq olaraq 1.0720 və 1.2500 hədlərində dalğalanan EUR/USD və GBP/USD məzənnələrində "ayılar" qiyməti 1.07$ və 1.25$ həddlərinin altına sala və bu səviyyənin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu gün Avrozonada açıqlanacaq ÜDM-in həcmi və Amerikada dərc olunacaq əmək bazarına dair göstəricilər valyuta birjalarında volatilliyin artmasına təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun