Fransa bankı Haitini necə ələ keçirdi?

Fransa bankı Haitini necə ələ keçirdi?Fransa bankı Haitini necə ələ keçirdi? Bank bu haqda açıqlama verməsə də, "The Times" investorların bundan nə qədər qazandığını, Haitinin isə nə itirdiyini öyrəndi. 
Yarım əsrdən çox idi ki, borc ölkəni boğurdu. Haiti müstəqillik müharibəsində müstəmləkə hökmdarlarını devirsə də, döyüşdə qazandığı azadlıq üçün keçmiş fransız qul sahiblərinə yüz milyonlarla dollar ekvivalentində fidyə ödəməyə məcbur idi.
1880-cı il sentyabrın 25-nə keçən gecə borcun son məbləğinin ödənilməsi, nəhayət ki, inandırıcı görünməyə başladı. Haiti daha bir böhrandan digər böhrana keçməyəcək və fransız hərbi gəmilərinin yolunu gözləməyəcək. Yeni prezidenti Lizyus Salomon xalqın yarandığı gündən nail ola bilmədiyi bir uğura imza atacaq.
Fransa bankı Haitini necə ələ keçirdi?Lizyus Salomon
Salomonun nikbinliyi səbəbsiz deyildi. Avropa milli bankları dəmir yolları və fabrikləri maliyyələşdirirdilər, tənəzzülün zərbələrini yumşaldırdılar və idarəetmə işlərinə inamı artırırdılar. Bu, gələcəkdə öz bəhrəsini verəcək sərmayə sayılırdı.
Fransa bankı Haitini necə ələ keçirdi?İndi növbədə Haiti idi. Salomon bunu "tarixdə qalacaq böyük bir hadisə" adlandırırdı.
Amma xəyallar ilğıma çevrildi.
Hamının ümid bəslədiyi Haiti Milli Bankı yalnız adı ilə milli idi. Haitinin xilaskarı olmayan milli bank yarandığı gündən fransız maliyyəçiləri üçün vasitə, eləcə də növbəti əsrdə keçmiş müstəmləkə üzərində nəzarəti saxlamağın bir yolu idi.
Haiti Mərkəzi Bankı Parisin "Crédit Industriel et Commercial" bankı tərəfindən yaradılmışdı. Şirkət dünyanın ən populyar görməli yerlərindən biri olan Eyfel qülləsini maliyyələşdirməyə kömək etsə də, ölkə iqtisadiyyatını boğurdu, gənc dövlətin gəlirlərinin böyük hissəsini Parisə yönləndirirdi və məktəb, xəstəxana və digər bu kimi müəssisələri yaratmağa mane olurdu.
Fransada "C.I.C." kimi tanınan "Crédit Industriel" bu gün Avropanın ən böyük maliyyə konqlomeratlarından birinin 355 milyard dollarlıq törəmə şirkətidir. Lakin onun Haitidəki fəaliyyəti özündən sonra maddi itki və ümidlərin çöküşü kimi ağır bir miras qoymuşdu.
Haiti qul üsyanından sonra müstəqillik qazanan ilk müasir ölkə olsa da, 19-cu əsrin çox hissəsi Fransa hökumətinin tələb etdiyi təzminatlara görə maliyyə qandallarında idi.
Haiti tarixinin ən varlı quldarlarından birinin nəslindən olan fransız elitası Haiti Milli Bankına Fransa paytaxtından nəzarət edirdi. Onların mühasibat uçotu kitablarında Avropanı modernləşdirən iddialı layihələr haqqında heç bir məlumat yox idi.
"The New York Times" tərəfindən aşkar edilən orijinal qeydlər göstərir ki, "Crédit Industriel" Haitidən on milyonlarla dolları fransız investorlarının cibinə "axıdırdı".
"Crédit Industriel" tərəfindən yaradılan Milli Bank Haiti hökumətinin həyata keçirdiyi demək olar ki, hər bir əməliyyat üçün komissiya alırdı. Fransız səhmdarları o qədər pul qazandılar ki, bəzi illərdə onların qazancı 1,5 milyon əhalisi olan bir ölkənin büdcəsini üstələyirdi.
Bu hekayə faktiki olaraq silinmişdi. Alimlər deyirlər ki, "Crédit Industriel"in arxivlərinin çoxu məhv edilib və bəziləri onu hətta "tarixsiz bank" da adlandırır.
Fransa bankı Haitini necə ələ keçirdi?Crédit Industriel-in Dijondakı filialı
"Bu gün idarə etdiyimiz bank çox fərqlidir", – deyə sözçü Pol Hilbert deyib. (Bu məqalənin dərcindən sonra bankın baş şirkəti bildirib ki, o, Haitidə bankın tarixi və onun "maliyyə müstəmləkəçiliyi"ndə oynamış ola biləcəyi rolu öyrənmək üçün tədqiqatçılar işə götürəcək".
Haiti prezidentinin öz yataq otağında qətlə yetirilməsi, ölkənin paytaxtında tüğyan edən insan oğurluğu və banda qanunsuzluğu Qərb dünyasını çoxdan narahat edən suala yeni aktuallıq qatıb: niyə Haiti heyrətamiz savadsızlıq, günə 2 dollar maaş və aclıqla həmişəlik böhran içində qalmış kimi görünür? İctimai nəqliyyatı, etibarlı elektrik enerjisi, zibilin toplanması və kanalizasiya sistemi olmayan bir ölkə?
Şübhəsiz ki, bu sualın cavabı Haiti liderləri arasındakı korrupsiyadır. "The Times" 19-cu əsrin mətnlərini, diplomatik sənədləri və tarixçilər tərəfindən öyrənilmiş bank materiallarını gözdən keçirdi. Bütövlükdə bu sənədlər onu göstərir ki, "Crédit Industriel" Haitinin korrupsiya ilə məşğul olan üzvləri ilə işləyərək, ölkənin fəaliyyət göstərməsi üçün yer qoymadı.
20-ci əsrin əvvəllərində Haitinin ən mühüm gəlir mənbəyi olan qəhvə məhsulundan alından vergilərin yarısı "C.I.C."dəki fransız investorlarının əlinə keçirdi. Haitinin digər borcları çıxıldıqdan sonra hökumətə qəpik-quruş çatırdı – hər 3 dollardan 6 sent. Bu sənədlər amerikalıların "Qızıl suyuna salınmış dövr", fransızların isə "möhtəşəm dövr" adlandırdıqları zaman parçasının Haitinin niyə kənarda qaldığını izah etməyə kömək edir.
Zərər uzunmüddətli idi. Otuz il ərzində fransız səhmdarları Haiti Milli Bankından bugünkü məzənnə ilə ən azı 136 milyon ABŞ dolları qazanmışdılar ki, bu da sənədlərdə ölkənin illik vergi gəliri kimi göstərilirdi.
"The Times" bu hesablamalar üçün öz metodologiyasını və mənbələrini iqtisadiyyat tarixçilərinin və mühasiblərin köməyi ilə yoxladı. Paris İqtisadiyyat Məktəbinin maliyyə tarixçisi Erik Monnet milli bankın rolunu "təmiz qənimət" kimi xarakterizə etdi.
Lakin Haitinin məcmu itkiləri daha böyük idi: Haitinin milli bankı tərəfindən yığılan sərvət ölkədə qalsaydı, bu, bir neçə il ərzində Haiti iqtisadiyyatına ən azı 1,7 milyard dollar verərdi – 2021-ci ildə hökumətin bütün gəlirlərindən çox.
Əhəmiyyətlisi odur ki, Haiti Milli Bankına dəymiş zərər son iki əsrdə ölkə iqtisadiyyatına 115 milyard ABŞ dolları zərər vurmuş keçmiş qul sahiblərinə ödənişlərin başa çatmasından sonra oldu.
Sarayda keçirilən atəşfəşanlıq və ziyarətdən sonra haitililər nəyin səhv olduğunu dərhal başa düşmədilər. Milli Bank o qədər çox götürürdü və az qaytarırdı ki, yeri sakinlər onu tez bir zamanda "maliyyə Bastiliyası" adlandırdılar.
1880-cı ildə Milli Bankın Haiti siyasətçisi və iqtisadçısı Edmon Pol yazırdı ki, "gülməli deyilmi ki, tükənmiş dövlət xəzinəsini xilas etməyə gəldiyini iddia edən bir bank pul yatırmaqdan deyil, dəyəri olan hər şeyi özünə götürməklə məşğuldur".
Fransa bankı Haitini necə ələ keçirdi?Paris, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Fransanın çiçəkləndiyi dövr
Ümidlər və xəyallar
Təkcə Haiti prezidenti iddialı deyildi. Parisdə "Crédit Industriel"in prezidenti Henri Düryenin də öz ambisiyaları var idi. Dürye yüksək maliyyə dünyasının nümayəndəsi deildi. O, karyerasının başlanğıcında atası kimi vergi yığmaqla məşğul idi, 40 yaşında isə "C.I.C" bankına işə düzəlmişdi. İlk illər çətin keçmişdi və 1870-ci illərdə şirkət Fransa maliyyəsinin ikinci eşelonunda qalmışdı.
Bununla belə, "Crédit Industriel" üstünlüyə malik idi. O, ölkənin katolik burjuaziyasının böyük hissəsi, sərmayə qoymağa pulu olan və qazanc əldə etməyi gözləyən müştərilər üçün ən əlverişli bank sayılırdı.
Fransa bankı Haitini necə ələ keçirdi?Anri Dürye
Riskli bir insan olan Dürye, Seneqal və Martinik kimi Fransa müstəmləkələrinin banklarından ilham alırdı. O və həmkarları Fransa Milli Arxivinə aşkarlanan əlyazma qeydlərində təsvir etdikləri kimi, onlar "bu zəngin, lakin uzaq ölkələrdə bank yaratmaq" ideyasına heyran idilər.
"Haiti – kredit bazarlarına yeni girmiş bir ölkədir. O, böyük sərvət ölkəsidir", – Milli Bankın rəhbərləri hesab edirdilər.
"Sərvət" sözü Parisli bir bankirə görə o vaxt Haitini təsvir etmək üçün qeyri-adi görünə bilərdi. Ölkənin paytaxtı Port-o-Prens limana tökülən tullantılar ilə dolu idi. Küçələr və infrastruktur o qədər baxımsız idi ki, haitililərin belə bir sözü olmuşdu: "Körpünün ətrafında gəzin, amma heç vaxt onu keçməyin".
Haitililərin özləri kasıb olsa da, bu ölkə sizi hər kəsi zənginləşdirə bilərdi. İngilis diplomatı Spenser Sent-Con 1884-cü ildə yazırdı: "Dünyanın heç bir ölkəsinin daha böyük imkanları, coğrafi mövqeyi və ya münbit torpağı yoxdur".
Qul sahibləri bu sərvəti əvvəlcə qamçı ilə, sonra isə fransız hərbi gəmilərindən ibarət donanmanın köməyi ilə ələ keçirərək plantasiyalar, torpaqlar və Fransanın digər itirilmiş malına görə Haiti xalqı üçün təzminat tələb edirdilər. Bu, azad insanların pul sahiblərinin nəsillərinə təzminat ödəməli olduqları ilk hal idi.
Yarım əsr sonra Dürye və "C.I.C." Haitiyə fərqli bir taktika ilə yaxınlaşdı: iş ortağı kimi.
Fransa bankı Haitini necə ələ keçirdi?Port-o-Prensedəki bazar, 1922-ci il
Əvvəlkindən daha çox borcumuz var
Dürye arzu satmağı bacarırdı.
Beş il əvvəl "C.I.C." və indi ləğv edilmiş tərəfdaş Haitiyə 36 milyon frank kredit verdi ki, bu da bu gün təxminən 174 milyon dollardır. Məbləğ körpülər, bazarlar, dəmir yolları və mayakların tikintisinə sərf edilməli idi.
Bu, qlobal sərmayələr dövrü idi. İngiltərə yeni məktəblər tikirdi və icbari təhsil haqqında qanunlar qəbul edirdi. Paris paytaxta təmiz içməli su gətirən 97 mil uzunluğunda su kəməri açmışdı. Nyu-Yorkda Şərq çayı üzərində ucalan Bruklin körpüsünün simvolik tağları şəhərin iqtisadiyyatını əbədi olaraq dəyişdirəcək bir mühəndislik möcüzəsi idi.
Haiti hökumətinin həmin il illik hesabatında deyilirdi ki, "ölkə nəhayət öz bəlasından çıxacaq", "maliyyəsi yaxşılaşacaq".
Lakin bu olmadı. Fransız bankirləri kredit məbləğinin 40%-ni komissiya şəklində götürdülər. Məbləğin yerdə qalan hissəsi isə borca və Haiti siyasətçilərinin cibinə xərcləndi.
"Məqsədlərin heç birinə nail olunmadı. Əvvəlkindən daha çox borcumuz var", – deyə 1877-ci ildə Haiti senatoru dedi.
Nəhayət, Haiti keçmiş qul sahiblərinə ödənişlərdən qurtulmaq üçün üzərinə milyonlarla faiz götürdü. Beləliklə, kredit Fransadan maliyyə asılılığına çevrilmiş Haitinin əzabını uzatmağa kömək etdi.
Haiti liderləri, əlbəttə ki, məsuliyyət daşıyırdılar və bəzi alimlər iddia edirlər ki, bu kredit siyasətçilərin milləti inkişaf etdirməkdənsə, öz ciblərini doldurmağa daha çox əhəmiyyət verdiyini göstərir.
İkinci miras dərhal hiss olundu. Əvvəlcə kredit Haiti hökumətini "C.I.C." və onun partnyoruna qəhvə kimi ixrac mallarından topladığı vergilərin təxminən yarısı ödəməyə məcbur etdi, bununla da ölkəni faktiki olaraq əsas gəlir mənbəyindən məhrum etdi.
Bu, Dürye və onun fransız bankına Haitinin maliyyə gələcəyini qurmaq planlarına iddia etmək hüququ verən ilk addım idi.
Fransa bankı Haitini necə ələ keçirdi?Haiti Milli Bankı, 1907-ci il
Milli bank
Uzun illər ərzində Haiti milli bank yaratmağa çalışırdı. Salomonun sələfi hətta bank anbarlarını da almışdı. Və 1880-ci ildə Haitinin maliyyə müstəqilliyini istəyən Düryenin planları ilə üst-üstə düşür.
Müqavilə Haiti Milli Bankının Fransada qeydiyyatdan keçəcəyini və Haiti vergilərindən, eləcə də qanunlarından azad ediləcəyini nəzərdə tuturdu. Yəni Haiti öz milli bankının idarə edilməsində söz sahibi deyildi.
Milli bankın baş ofisi Parisin Doqquzuncu rayonunda, dəbdəbəli "Palais Garnier" opera evinin kölgəsində yerləşirdi.
Dürye Haitinin müstəmləkə tarixində ən böyük qul sahiblərindən birinin nəvəsi Jan-Jozef de Labordenin nəvəsi Eduard Delesser də daxil olmaqla, fransız bankirləri və iş adamlarının daxil olduğu direktorlar şurasının ilk sədri idi.
Düryenin macərası öz bəhrəsini verdi. "New York Times"ın bankın maliyyə hesabatlarının təhlilinə əsasən, fransız investisiyalarının tipik gəlirinin təxminən 5% olduğu bir vaxtda Haiti Milli Bankının idarə heyətinin üzvləri və səhmdarları ildə orta hesabla təxminən 15% gəlir əldə edirdilər. Bəzi illərdə gəlirlər 24%-ə yaxınlaşırdı.
Fransa bankı Haitini necə ələ keçirdi?Haiti hökumətinin üzvləri, 1892-ci il
Qardaşların xəyanəti
Haitinin bu cür əlverişsiz şərtlərə razılaşması onun çarəsizliyini göstərir. Milli Bank məsələsinin əsas müzakirəçisi ömrünün çox hissəsini Parisdə keçirmiş Haiti rəsmisi Çarlz Laforestri idi. Fransanın "La Petite Presse" qəzeti o zaman onu "həmişə bəxti gətirən və hökumətdə ən yaxşı yerlər tutan" bir insan kimi təsvir edirdi.
Laforestri milli bankı yaratmaqda o qədər israrlı idi ki, diplomatın partiya haqqında əlyazma qeydlərinə görə, Haiti prezidenti sarayda keçirilən bayram tədbiri zamanı onu adı ilə çağırmışdı.
"Bu, haitili məmurun öz ölkəsinin maraqlarını şəxsi mənfəətə satması ilk hal deyil. Hətta deyərdim ki, bu bir qaydadır", – deyə haitili tarixçi Jorj Mişel yazır.
Məhz buna görə haitililər öz bədbəxtliklərində təkcə Fransanın və ya Amerikanın müdaxiləsini günahlandıra bilməzlər. "Onlara öz qardaşları tərəfindən xəyanət edildi", – dedi cənab Mişel vurğulayır.
Ölən ümidlər
Milli Saraydakı atəşfəşanlıqdan qısa müddət sonra haitililər nəyə imza çəkdiklərini başa düşməyə başladılar. Milli Bank Haiti əhalisinə və ya müəssisələrinə heç bir əmanət hesabı təklif etmirdi. Müqavilə ona biznesə borc verməyə icazə versə də, Fransanın Rube şəhərindəki arxivlərindəki bank kitabları bunun nadir hallarda baş verdiyini göstərir.
"Haitililərin Milli Bankdan heç nə gözləməli deyillər", – deyə ölkənin maliyyə naziri Frederik Marselin yazır.
Haitili tacirin oğlu Marselin bankın ən böyük rəqibi idi. İş adamı, jurnalist və siyasətçi olan o, milli bankın nəzarətini Parisdən almaq üçün illər sərf etmişdi.
Fransa bankı Haitini necə ələ keçirdi?Frederik Marselin
Münasibətlər o qədər birtərəfli idi ki, Marselinin yazdığı kimi, "Haiti Milli Bankında yerli sakinlər üçün ayrılan yeganə vakansiya kassaçı idi".
Daha bir kredit
19-cu əsrin ikinci yarısı Haitiyə böyük imkanlar verməli idi. Qəhvəyə olan qlobal tələbat güclü idi, Haiti iqtisadiyyatı isə demək olar ki, onun ətrafında qurulmuşdu.
Buna baxmayaraq, qəhvənin baha olması səbəbindən Haiti Karib hövzəsinin orta iqtisadiyyatı sayılırdı. 1890-cı illərdə bazar çökəndə Haitidə qəhvəyə qoyulan vergilər məhsulun dəyərini keçirdi. Beləliklə, bütün iqtisadi model dağılmaq üzrə idi.
Daha bir kredit götürməyin vaxtı gəldi: Haiti Milli Bankından 50 milyon frank (bu gün təxminən 310 milyon dollar).
Haitililər nəsillər boyu yoxsul olublar. Amma məhz bu məqamda – ölkənin qəhvə, "C.I.C." və Milli Banka bağlı olduğu bir dövrdə – Haitidə kəskin eniş başladı.
Haiti bir çox səhvlərə yol verdi. Ancaq şübhəsiz ki, 19-cu əsrin sonlarından başlayaraq onun bir çox problemlərini bu imperiya güclərinə aid etmək olar.
Milli Bankın çöküşü
Dürye yaratdığı milli bankın dağılmasını gözləmədən 1890-cı ildə vəfat etdi. 1903-cü ildə isə Haiti hökuməti bankı fırıldaqçılıqda, kreditlər üzrə ikiqat faiz ödəməkdə və ölkənin maraqlarına zidd işləməkdə ittiham etməyə başladı. Buna baxmayaraq, bankın cavabı qəti idi: o, Fransada yaradılıb və Haiti məhkəməsinə tabe deyil.
1908-ci ilin yanvarında Fransanın Haitidəki elçisi Pyer Karteron Marselinlə görüşdü və onu bankla normal münasibətləri bərpa etməyə çağırdı. Marselin təklifdən imtina etdi.
"Bu mümkündür", – deyə Karteron cavab verdi. Əlbəttə, Haiti ilk növbədə xəzinəsini Fransanın nəzarətinə qaytarmalı olacaqdı. Bundan əlavə Karteron vurğuladı: "Sizə pul lazımdır. Onları haradan tapacaqsınız?".
"Port-o-Prensdə yeni fransız kredit təşkilatının necə qurulacağını araşdırmaq bizim üçün çox vacibdir. Onun Haiti hökuməti ilə heç bir əlaqəsi olmayacaq", – deyə Karteron əlavə etdi.
Yeni qurum 1910-ci ildə kiçik ad dəyişikliyi ilə yaradıldı: Haiti Respublikasının Milli Bankı. Fransa hələ də öz payına malik idi, lakin 30 ildən sonra "Crédit Industriel et Commercial" bankın tərkibindən çıxdı.
O vaxta qədər maliyyə dünyasında yeni ağırlıq mərkəzi yaradıldı: Uoll Strit və Nyu-York Milli Şəhər Bankından olan bankirlər qrupu (indiki "Citigroup"). Amerikalı maliyyəçilər Düryenin dərsliyi əsasında hərəkət etməyə davam etdilər və nəticədə dominant gücə çevrildilər.
Axı Uoll Strit daha güclü silaha malik idi. Amerikalı bankirlər Vaşinqtondakı dostlarına müraciət etdilər və 35 il sonra ABŞ ordusu Haitiyə hücuma keçdi. Bu, ABŞ tarixində ən uzun hərbi işğallardan biri idi.
Prezident Salomonun həmin axşam sarayda qürurla qeyd etdiyi qurum – Maiti Milli Bankı – bir daha ölkəni sarsıtdı.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. Xəbər yenilənəcək. /

Azərbaycanın ali məktəbinin 5 məzunu top onluqda

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 23 məzunu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın iştirakçısı adını qazanıb. SOCAR-ı

İstanbulda Azərbaycan məktəbi açılacaq

Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbi açılacaq. Bunu Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına ibtidai məktəbin açılışında iştirak edən elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında deyib. Nazi

Rusiyada ilk sürətli qatarın istehsalı 2026-cı ilin birinci rübündə başlayacaq

Rusiya Dəmir Yolları 2026-cı ilin birinci rübündə ilk Rusiya sürətli qatarının layihə sənədlərinin təsdiqini gözləyir və eyni zamanda birinci modelin istehsalına başlanmalıdır. Marja xəbər verir ki, bu barədə Rusiya Dəmi

Təhsil Tələbə Krediti üçün 10 mindən çox müraciətə imtina verilib

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb. Təhsil Tələbə Krediti Fondundan  verilən xəbərə görə, tələbə krediti üçün ümumilikd

Bakıda HOT 50 smartfonları təqdim edilib - QİYMƏTLƏR

() Ötən həftə İnfinix-in təşkilatçılığı və Baku Electronics mağazalar şəbəkəsinin, GMT şirkətinin dəstəyi ilə Bakıda PUBG Mobile-ın Azərbaycanda ikinci rəsmi turnirinin finalı keçirilib. Tədbir zamanı beynəlxalq texnologiy

82 min 883 nəfərdən 55 min 656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Mərkəzdən bildirilib ki, ali təhsil müəssisələrini

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə başlamasından 5 il ötür. Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yaradılıb. Təhsil müəssisəsinin məqsədi ölkəmizin əmək bazarındak

Qarabağ Universitetinə 980 nəfər qəbul olub

Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib. Bu barədə Qarabağ Universitetindən bildirilib. Qeyd edilib ki, 2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavria


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitcoin leobank kart